Qurban Qurbanov: "Danışıqlar olub, amma bu transfer alınmadı" - MÜSAHİBƏ

20.12.2019 | 6270 dəfə oxunub

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Keşlə” ilə cavab oyunundan (3:1, ilk oyun 1:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Ağır oyun oldu, futbolçularıma təşəkkür etdim. Hər birimiz ağır dövr keçirdik. İstirahət dövrümüz az olacaq.

- Yarımfinal mərhələsindəki rəqib "Sumqayıt"dır. Çempionatdakı məğlubiyyətin qisasını almaq haqqında düşünürsünüz?

- Bu barədə düşünmək üçün tezdir. Kubok fərqli bir turnirdir. Bu oyunlara hazırlaşmaq üçün vaxtımız olacaq. Hər iki komandada dəyişiklik ola bilər. Oyuna yaxın daha ətraflı cavab verə bilərik.

- Ötən mövsüm qış fasiləsinə 2-ci pillədə yollanmışdınız, bu dəfə isə ilk pillədə. Sizcə, "Neftçi" zəifləyib, ya "Qarabağ" güclənib?

- Hər bir komanda mübarizə aparır. Bu dəfə xal fərqi başqa oldu, amma bu, o demək deyil ki, "Neftçi" zəifləyib, ya da biz güclənmişik. Əminəm ki, hər iki komanda qış fasiləsindən sonra daha ciddi hazırlaşacaq.

- Musa Qurbanlının oyunu necə təsir bağışladı?

- Hələ debüt oyunu idi. Formalaşması üçün vaxt lazımdır. Fikir bildirmək tezdir. Öz üzərlərində çox çalışmalıdırlar.

- Göndəriləcək futbolçular müəyyənləşib?

- Bu gün Simeon Slavçevlə yollar ayrıldı. Hələ ki, heç bir fikir deyə bilmərəm. Gətirmək istədiyim futbolçular var. Hər dəfə deyirəm, amma heç bir dəyişiklik yoxdur.

- Pedro Enrikenin komandaya qaytarılacağı ilə bağlı xəbərlər yayılıb.

- Danışıqlar olub, amma bu transfer alınmadı.

- Asmir Beqoviçin gedişindən sonra yeni qapıçı transferi olacaq?

- Bir neçə variant var, danışıqlar gedir. Hələ "Bornmut" rəhbərliyi ilə danışıqlar olacaq. Amma görünən odur ki, asan həll olunacaq transferə bənzəmir.

- Vaqner da Silva 4 aydır oynamır. Oyun formasını bərpa etmək çətin olmayacaq?

- Düşünmürəm, çünki qapıçılar ən az oyun keçirən futbolçularımızdır. Şahruddin də 3 ay idi ki, oynamırdı. Belə problemin olacağını düşünmürəm.

- "Keşlə" üzərində qələbəyə çox sevindiniz, yoxsa gənc futbolçulara görə?

- Bu barədə düşünməmişdim, amma indi düşündüm. Qələbəyə sevinirik, amma 3-cü qolda gənclər daha çox sevindi.

- Riçard Almeydanın müqaviləsinin müddəti bitdi. Yeni qərar necə olacaq?

- Bitdi, amma hələ razılıq olmayıb. Danışıqlara başlamışıq, amma hələ razılaşmamışıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail