Ayxan Abbasov: "Qışda lazımı mövqelərə oyunçular alıblar"
"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi" ilə oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb:
- Qış fasiləsindən sonra ilk oyun həmişə çətin olur. Futbolçuların əzmkarlığı bizi qane etdi. İstədiyimiz qolu vurduq. Rəqib də azlıqda idi. Amma fasilədən sonra gözlədiyimiz başımıza gəldi. Rəqib əks-hücumlarda oynadı. Biz isə ələ düşən imkanlardan istifadə edə bilmədik. Bu gün iki xal itirdik. Komandanın əzmkarlığı məni sevindirdi. Yoxlama oyunlarında gördüklərimizin davamı gəldi.
- “Qəbələ” ilə matçda da rəqib iki nəfər azlıqda mübarizə aparmışdı. Sanki buna uyğun planınız yoxdur...
- İkinci hissədə 4-5 qol epizodumuz var idi. Oyun qura bilməsək, o imkanları yarada bilməzdik. Rəqib azlıqda qalanda motivasiyası, döyüşkənliyi artır. “Neftçi”nin heyətində təcrübəli, usta futbolçular var. Bizdə sadəcə son nöqtəni qoymaq çatmadı.
- “Neftçi”nin qolunda oyundankənar vəziyyət var idimi?
- Bu, televiziyada oyunun icmalında yəqin ki, müzakirə ediləcək. Orda səhvlər deyiləcək.
- Komanda yaxşı qaçır, oynayır. Tempi qorumaq üçün ehtiyat oyunçular kifayətdir?
- Hər bir məşqçi istəyər ki, geniş heyəti olsun. Qarşıya ciddi məqsəd qoymuşuqsa, ehtiyat qüvvə çox olmalıdır. Gənc oyunçularımız var. Antalyada da gənclərə üstünlük verirdik. Qorxmuruq. Alınacaqsa, daha yaxşı olacaq. Alınmasa da, faciə olmayacaq və biz ölkə futbolu üçün bir neçə futbolçu qazanarıq.
- Millinin baş məşqçi postuna namizədlər sırasında olduğunuz deyilir...
- Birdən-birə soruşdunuz (gülür). Milli hamımız üçün şərəfdir. Bu gün məni ora namizəd sayırlarsa, qürurvericidir. Qısa zamanda o siyahıda yer almaq şərəfdir. Amma indi “Sumqayıt”dayam. Nə vaxt kömək lazım olsa, mən heç bir təmənna güdmədən milliyə kömək etməyə hazıram.
- Növbəti turda qarşılaşacağınız “Zirə” bu gün “Sabah”a 2 cavabsız qolla qalib gəldi. Sabiq komandanızla oyunda büdrəmək ehtimalınız nə qədərdir?
- “Zirə” ilə prinsipiallığımız yoxdur. Keçən il bunu başa vurduq (gülür). Zaur Həşimov yaxın dostumdur. Ona da uğurlar arzulayıram. Qışda lazımı mövqelərə oyunçular alıblar. Geniş heyətə malikdilər. Rəqibi analiz edəcəyik. Öz azarkeşlərimizin qarşısında çıxış edəcəyik. Vacib oyundur. Çalışacağıq ki, komandanı hazırlayaq
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |