"Neftçi"nin yeni transferi: "Mən də bir türkəm, təbrizliyəm" - MÜSAHİBƏ

01.02.2020 | 5862 dəfə oxunub

"Neftçi"nin futbolçusu Saman Nərimancahan Azərbaycan Premyer Liqasının 15-ci turunda "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb: 

- Qırmızı vərəqə ilə cəzalandırılana qədər yaxşı çıxış edirdik. Azlıqda qaldıq, buna görə də bir az çətin oldu. Allaha şükür, 10 nəfərlə də qol vurmağa çalışdıq. Bir neçə epizodumuz da oldu, qolla nəticələnə bilərdi. Biz "Neftçi" komandasıyıq, güclüyük. 1:1 hesabı bizi qane etmir. O biri matçda  bundan da yaxşı oynayacağıq.

- Baqali Dabonun vurduğu qolun ötürməsini siz vermisiniz. Hansı hissləri keçirirsiniz? Ümumiyyətlə, Azərbaycan çempionatına alışdınızmı, gözlədiyiniz kimi oldumu?

- Çox şükür, uğurlu çıxış etdim. Əlavə 2 ötürməm də oldu ki, qolla nəticələnə bilərdi. Amma alınmadı. İnşallah, növbəti görüşlərdə də komanda yoldaşlarımla birləşib, birgə yaxşı oyun göstərərik.

- Gələn matçı "Qarabağ"a qarşı keçirəcəksiniz. Premyer Liqanın lideri olan komandadır. Bu turda hələ oynamayıblar, amma sizdən 5 xal öndədirlər. Əsas müdafiəçilərinizdən biri də yoxdur. Bu oyun haqda nə düşünürsünüz?

- "Qarabağ" güclü komandadır. Amma biz də istəyirik ki, çempion olaq. Onları məğlub edib, xal fərqini azaltmağa çalışacağıq. Çətin oyun olacaq. Amma biz də "Neftçi"yik. Hər iki komanda güclüdür. İnşallah, hər şeyi oyun göstərəcək. Fikrimcə, hansı komanda rəqibin səhvlərindən yararlana bilsə, o da udacaq.

- Siz bu komandaya gələndə baş məşçiniz Roberto Bordin idi. Sonra isə dəyişərək Füzuli Məmmədov oldu. Onların arasında hansısa fərq hiss edirsiniz?

- Mən komandaya gələndən sonra Bordin 10 gün baş məşqçilik etdi. Həmin vaxt da ancaq yoxlama oyunları olurdu. Ona görə də bir şey deyə bilmirəm. Amma Füzuli Məmmədov da çox can yandırır. Yaxşı taktikaları var. O, ilk dəfədir ki, baş məşqçi kimi "Neftçi"ni rəsmi oyuna çıxardl. Məncə, bundan sonra hər şey yaxşılaşacaq. Amma 1:1 hesabı ilə  razılaşmamalıyıq. Bu, bizim üçün yaxşı nəticə deyil. Qaneedici tək şey odur ki, bunu azlıqda qaldığımız halda etmişik.

- Azərbaycan və İran çempionatı arasındakı fərq çox böyükdür?

- Bir matçla nəsə deyə bilmərəm. Orada 9-10 il çıxış etmişəm. Burada isə cəmi 1 qarşılaşmada oynamışam. Fərq var. Amma İran çempionatında da texnikalı futbolçu çoxdur. Hər komanda da 5-6 belə oyunçu var. Burada isə oyunun sürəti yaxşıdır. Hərəsinin özünə görə üstünlüyü var. Ona görə də hansının üstün olduğunu deyə bilmərəm. Mən yaxın zamanda komandaya uyğunlaşıb, daha yaxşı çıxış etmək istəyirəm.

- Bəs, Azərbaycan millisində oynamağı düşünürsünüz? Gələcəkdə belə bir şey ola bilər?

- Mən İranda 23 yaşlılardan ibarət milli komandada çıxış etmişəm. Mən də bir türkəm, təbrizliyəm. Niyə olmasın? Olarsa, özüm də çox sevinərəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail