Ramil Şeydayevin Kürdəmir xatirələri: "Bığ" restoranında isə çay içmişəm" - MÜSAHİBƏ

09.03.2020 | 5572 dəfə oxunub

Azərbaycan millisi və “Sabah”ın futbolçusu Ramil Şeydayev Kürdəmirə yollanıb. Stadium.Az xəbər verir ki, əslən Kürdəmirdən olan 24 yaşlı hücumçu doğma şəhərində həmyerliləri ilə görüşüb. Kürdəmir şəhər stadionunda keçirilən görüşdən sonra futbolçu müsahibə verib.

- Kürdəmir futboluna hansı töhfəni verə bilərsiniz?

- Kömək etməyə çalışıram. Amma burada ən önəmli amil maliyyədir. İlk növbədə, sponsor olmalıdır. Açığı, indiki məqamda mən bunu edə bilmərəm. Çünki özüm hələ futbolçuyam. Lakin gələcəkdə Kürdəmir futboluna kömək etmək planlarımda var. Rayon komandasının Premyer Liqada oynaması üçün dəstək verməyi düşünürəm.

- Hazırda sizin mənəvi dəstəyiniz daha önəmlidir. Bu gün rayonda istedadlı futbolçuların üzə çıxmaları və yetişmələri üçün onlara nə məsləhət görərdiniz?

- Bunu yalnız sözlər vasitəsilə ifadə edə bilərəm. Bura yenə gələcəyəm. Bilmirəm, bunun nə dərəcədə köməyi dəyəcək. Bəlkə də, bura gəlişim uşaqlar, futbolçular üçün əlavə motivasiya olar. Yavaş-yavaş nələrsə etməyə çalışıram.

- Kürdəmirdə gənclərdən ibarət komanda yaradılsa, onlarla mütəmadi maraqlana bilərsiniz?

- Əlbəttə, Premyer Liqada iştirak etmək üçün komanda yaradılsa, həm maliyyə məsələsində, həm də digər işlərdə kömək edə bilərəm. Hamımız birlikdə nələrsə etməyə çalışacağıq. Düşünürəm ki, indi olmasa da, gələcəkdə bunu edə bilərik.

- Futbol komandasını yaratmaq üçün ilk olaraq nədən başlamaq lazımdır?

- Bayaq da dediyim kimi, əsas məsələ maliyyədir.

- Kürdəmirli gənc futbolçulara nəyi tövsiyə edərdiniz?

- Region Liqasında yaxşı oynamalarını, özlərini göstərmələrini məsləhət görərdim. Komandaya bu turnirdə uğurlar arzu edirəm.

- Kürdəmirlə bağlı hansı xatirələriniz var? Bir dəfə sosial şəbəkə hesabınızda “Bığ” restoranının qarşısında çəkdirdiyiniz fotonuzu paylaşmışdınız...

- Rayona əvvəllər də gəlmişəm. Cəyli kəndində nənə-babamın yanında olmuşam. "Bığ" restoranında isə çay içmişəm. Başqa heç nə xatırlamıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail