"Arzum "Arsenal"da oynamaqdır" - MÜSAHİBƏ

27.03.2012 | 9550 dəfə oxunub

“Bakı” futbol klubu və U-13 Azərbaycan millikomandasının yarımmüdafiəçisi Pərviz İmanov "Gənc ulduz" rubrikasının qonağıdır. Suallarımızı növbəti məşqdən sonra gənc ulduza ünvanlayırıq.

Pərviz futbola həvəsin necə yarandı? Bu barədə nə deyə billərsən?

Uşaqlıqda futbola çox böyük həvəsim var idi və həmişə həyətdə uşaqlarla  futbol oynayırdım. Biz tez-tez məhəlllələr arası yarışlarda oynayırdıq. Valideynlərim  futbola olan həvəsimi görüb, məni futbol bölməsinə  yazdırdılar. Beləliklə,“Xəzri” klubuna yazıldım və burada məşqlərə başladım.

Bəs, “Bakı”ya keçidin necə alındı?

Yay aylarında “Xəzri” klubunda çıxış edərkən “Bakı” ilə oyunumuz oldu və Nurəddin Məmmədov mənim oyunumu bəyənib, “Bakı” klubuna dəvət etdi. O gündən etibarən mən “Bakı”nın heyətində çıxış edirəm.

“Bakı” klubu ilə “Xəzri” arasında fərqli nədən ibarətdir? Özünü burada necə hiss edirsən?

Əlbəttdə, mən  burada özümü çox xoşbəxt hiss edirəm. “Bakı” klubunda uşaq futboluna böyük diqqət yetirilir, həmçinin, klub gözəl bazaya malikdir. Uşaqlar üçün hər cür şəraət yaradılıb.

İndi isə tədris barədə danışaq. Dərslərin necə gedir, futbol oynamaq dərslərivə mane olmur ki?

26 nömrəli orta məktəbdə oxuyuram. Hər şey yaxşıdır, çalışıram ki, dərslərimi yaxşı oxuyum.  Necə ki oyunlara hazırlaşıram,eyni məsuliyyətlə də dərslərimə diqqət verirəm.

Məktəbdə sənin oyunlarını izləyirlərmi? Dostların oyununu bəyənirlər?

Bəli, məktəbdədə futbol oynayırıq və mənə yaxşı oynadığımı deyirlər.

Hansı klubların oyunu daha çox izləyirsən?


Mən ən çox İngiltərə çempionatının oyunlarını izləməyi xoşlayıram, xüsusən də “Arsenal”ın oyunlarını.

Niyə, məhz, İngiltərə çempionatı?

Çünki, İngiltərə çempionatı öz sürəti ilə digər çempionatlardan fərqlənir və mən bu oyunları izləyərkən zövq alıram.

Hansı futbolçunun oyununu daha çox bəyənirsən?

Van Persinin oyunu çox bəyənirəm çox sürətli və qol duyumu olan futbolçudur.

Azərbaycanda bəyəndiyin futbolçu var?

Xaviyer Junior çox yaxşı futbolçudur. Fikrimcə, “Bakı” klubunda və Azərbaycanda forma geyən ən yaxşı tranferlərdən biridir.


Komandınızın çempionatda vəziyyəti necədir?

Bizim çox yaxşı komandamız var. Məşqlərdə həvəslə çalışırıq, məşçqilərimizin tapşırıqlarını yerinə yetiririk. Həm də, mehriban kollektivimiz var, uşaqlar bütün işlərdə bir-birlərinə "kömək edirlər. 

Bakı" U-13 h
azırda turnir cədvəlinə başçılıq edir. Növbəti oyunumuz “İnter”lə olacaq. Çalışacağıq ki, bu oyunda da qələbə qazanaq.

Gələcəkdə məqsədin nədir?

Daha yaxşı oynamaq, milli komanda və “Bakı” klubunun əsəs heyətində çıxış etmək istəyirəm. Həmçinin,  xaricdə oynamaq istərdim, arzum “Arsenal” klubunda çıxış eməkdir.

Səncə, bu arzu realdırmı?

Məncə, çox realdır. “Bakı” klubuna və onun prezidenti Hafiz Məmmədova minnətdram ki, biz uşaqlara bu cür şəraət yaradıb. İndi biz, demık olar ki, xarici klubların uşaq komandalarından geri qalmırıq. Hazırlığlımız ən yüksək səviyyədə keçir.  Məşçqilərimizə təşəkkür etmək isətyirəm. İnanıram ki, arzularımın reallaşması mümkündür. 

fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail