"Topaz"dan "Bavariya" – "Mançester Siti" oyununa təhlil

27.09.2011 | 4937 dəfə oxunub

Qrup mərhələsinin 2-ci turunda ən maralı matç Münhendə olacaq. “Alyans Arena”da Almaniya nəhəngi “Bavariya” İngiltərə futboluna yeni nəfəs gətirən “Mançester Siti”ni qonaq edəcək. “Bavariya” Çempionlar Liqasına İspaniyada “Vilyareal”ı məğlub etməklə uğurlu start götürsə də, “Mançester Siti” evdə “Napoli”nin müqavimətini qıra bilməyib, 1 xalla kifayətlənməli olmuşdu. Bu oyundakı qələbə Almaniya təmsilçisinin növbəti qrup mərhələsinə yolunu bir qədər də açacaq. Hər 2 klub son ölkə çempionatı oyununda uğurlu nəticə əldə etməyi bacarıb. “Bavariya” çox rahat şəkildə “Bayer” Leverkuzeni 3:0 hesabı ilə məğlub etdiyi halda “Mançester Siti” “Everton”u 2:0 hesabı ilə üstələmişdi. Pley-off mərhələsindən qruplara vəsiqə qazanan alman klubu keçirdiyi son 3 oyunun hamısında qələbə qazanmaqla yanaşı qapısının da toxunulmazlığını saxlamağı bacarıb.

Oyundan əvvəl tərəflərin aparıcı isimləri maraqlı açıqlamalarla yadda qalıb. “Mançester Siti”nin hücumçusu Edin Djeko oyunda almanların favorit olduğunu söyləyib: “Bavariya” evdə oynayır və onların böyük təcrübəsi var. Lakin biz müqavimət göstərməyə çalışacağıq”. Fransız futbolçu Frank Riberi də rəqib komandanın üzvü Djeko ilə həmrəydir: “Doğma meydan, möhtəşəm azarkeş və gözəl oyun. Bizi uğura daşıyan vacib amil bunlardır. Qələbə qazanıb yolumuza davam edəcəyik”. “Mançester Siti”nin italyan baş məşqçisi Roberto Mançini isə rəqiblərinin hazırda formada olduğunu bildirib: “Bavariya” hazırda dünyanın ən güclü klublarından biridir. Maraqlı oyun keçəcəyinə əminəm. Bu qarşılaşmada fərqli bir oyun ortaya qoymağa çalışacağıq. “Bavariya” hücum futbolu oynayacaq. Biz də onlara cavab verməyə çalışacağıq. Əminəm ki, açıq futbol gedəcək və Futbolun bəzəyi qoldur. Ekspertlər bu oyunda hər 2 komanda tərəfindən qolların vurulacağını düşünürlər və oyunda üst nəticə gələcəyini proqnozlaşdırırlar. Oynadığı futbola və səviyyəsinə görə isə “Bavariya”nın qələbə qazanacağını düşünənlər daha çoxdur. Ancaq həmişə olduğu kimi futbol sürprizləri sevir. Ən önəmlisi “Alyans Arenada”kı gecədə azarkeşlərin futboldan zövq almalarıdır.

EV SAHİBİ     1      X         2      QONAQ rnKOMANDA    ALT   ÜST       Q/Q   Y/Q

rnrn

BAVARİYA   1,90  3,30rn  3,30   MANÇESTER SİTİ      1,85  1,70     1,65  1,90

rnrn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail