Cüdoçularımızın dünya reytinqində liderliyi davam edir

09.05.2017 | 5046 dəfə oxunub

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Stadium.Az xəbər verir ki, siyahı Azərbaycan millisinin aparıcı idmançıları üçün uğurlu alınıb.

Belə ki, öz çəkilərində ilk “10-luq”da qərarlaşan 7 təmsilçimizin hamısı mövqelərini qoruyublar. Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) yenə birinci olduqları halda, Nicat Şıxəlizadə (66 kq) ilə Elxan Məmmədov (100 kq) 4-cü, Hidayət Heydərov (73 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) 10-cu yerdədi.

Komandamızın üzvlərindən Rüfət İsmayılov (81 kq), Nəzakət Əzizova (52 kq) və Xanım Hüseynova (63 kq) da rəqiblərini özlərindən irəli buraxmayıblar. Onlar müvafiq olaraq, 17-ci, 53-cü və 43-cüdür.

Bu cüdoçulardan fərqli, Aişə Qurbanlı (48 kq) 1, İlqar Müşkiyevlə (60 kq) Uşanqi Kokauri (+100 kq) hərəyə 2, Tərlan Kərimov (66 kq) isə 18 pillə geriləyib. Onlar yeni siyahıda müvafiq olaraq, 35-ci, 32-ci, 16-cı və 90-cı yerdədilər. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail