Zaqreb fatehləri

24.10.2017 | 5063 dəfə oxunub

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında dünya birinciliyi keçirilib. Stadium.Az xəbər evrir ki, mötəbər yarışda Azərbaycan milli komandası 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq tarixi uğura imza atıb.

Ölkəmizi təmsil edən Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Zaqrebdə onların şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Digər təmsilçilərimiz Natiq Qurbanlı (55 kq) və Kəramət Hüseynov (60 kq) dünya çempionatının gümüş medallarına sahib olublar. 

Xanım cüdoçularımızdan Nəzakət Əzizova (52 kq) isə mötəbər yarışın bürünc medalını qazanıb. 

Bununla da, millimiz kişilərin fərdi yarışlarında bütün rəqiblərindən daha yaxşı nəticə göstərərək birinci yeri tutub. Azərbaycan cüdoçuları Yaponiya, Rusiya, Gürcüstan, Braziliya, Almaniya, Özbəkistan, Türkiyə, Fransa, İtaliya və digər ölkələrin komandalarını qabaqlayıblar. Ümumi komanda hesabında isə gənclərimiz yalnız Yaponiyadan geri qalaraq 2-ci olublar.

83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.

Cüdo TV yarışdan hazırlanmış videoreportajı təqdim edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi