Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirildi

26.12.2017 | 580 dəfə oxunub

Bakı İdman Sarayında kişilər, qadınar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatının açılış mərasimi keçirildi.

Tədbirdə ilk olaraq iştirakçı komandalar meydana dəvət olundular. Ardınca gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev çıxış edərək ölkəmizdə idmanın və Olimpiya Hərəkatının sürətli inkişafından, paytaxt və bölgələrimizdə müasir olimpiya idman komplekslərinin tikilməsindən söhbət açdılar. Natiqlər idmançılarımıza yüksək səviyyədə dövlət qayğısının göstərilməsindən və bunun sayəsində atletlərimizin, xüsusilə də cüdoçularımızın beynəlxalq arenalarda qazandıqları uğurlardan bəhs etdilər. Çıxışçılar tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etdilər və idmançılara çempionatda uğurlar dilədilər.

Sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev çıxış edərək cüdoçularımızın 2017-ci il ərzində qazandıları möhtəşəm qələbələrdən söhbət açdı. O, idmançılara ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etdiklərinə görə dərin təşəkkürünü çatdırdı və növbəti ildə bu uğurların davamını gətirmələri üçün onlara hər cür şəraitin yaradılacağını bildirdi. Rövnəq Abdullayev çıxışının sonunda çempionatı açıq elan etdi və hər bir cüdoçuya qələbə arzuladı.

Azərbaycan respublikasının dövlət himni səsləndirildikdən sonra, 2018-ci ildə ölkəmizdə təşkil olunacaq cüdo üzrə dünya çempionatının rəsmi loqosunu əks etdirən videoçarx nümayiş olundu.

Rəsmi hissə başa çatdıqdan sonra açılış mərasiminə tanınmış incəsənət ustalarının iştirakıyla keçirilən bədii hissə ilə yekun vuruldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

25.02.2018

24.02.2018

17:18  "Neftçi" - "Zirə" - HEYƏTLƏR

15:37  "Səbail" - "Qəbələ" - HEYƏTLƏR

12:41  "Qarabağ Vyana"nın yeni stadionu - TV AFİŞA

01:24  MOİK – “Ağsu” 2:0 VİDEO

23.02.2018

22.02.2018

21.02.2018

   
  O Q H M T-f X
1. Qarabağ 16 13 2 1 26:6 41  
2. Qəbələ 17 11 2 4 31:17 35  
3. Zirə 17 9 5 3 26-15 26  
4. Sumqayıt 16 7 3 6 20:18 24  
5. Neftçi 17 6 2 9 19-19 20  
6. Səbail 17 5 2 10 12-24 17  
7. Keşlə 16 3 3 10 11:25 12  
8. Kəpəz 16 2 1 13 10-31 7  
25.02Keşlə ---Sumqayıt
25.02Qarabağ ---Kəpəz
24.02Neftçi 1-1Zirə
24.02Səbail 2-1Qəbələ
24.02Neftçi -Zirə
24.02Səbail -Qəbələ
25.02Keşlə -Sumqayıt
25.02Qarabağ -Kəpəz