Cüdo millimiz Avropa Kubokuna 19 cüdoçu ilə yollanacaq

27.06.2018 | 2399 dəfə oxunub

Cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Stadium.Az xəbər verir ki, kişilərdən ibarət yığmamızın baş məşqçisi Ruslan Maşurenko iyulun 14-15-də Almaniyada baş tutacaq Avropa Kubokuna yollanacaq komandaya daha bir idmançının adını əlavə edib.

Bu, 81 kq çəki dərəcəsində mübarizə aparacaq Fəqan Quluzadədi. Nəticədə Saarbrükkendə təşkil olunacaq yarışda ölkəmiz 14 kişi cüdoçu ilə qüvvəsini sınayacaq. Onunla yanaşı, Vüqar Şirinli, Mehman Sadıqov, Kəramət Hüseynov (hər üçü 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Telman Vəliyev (73 kq), Rüstəm Orucov (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov (hər üçü 90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri və Şahin Qəhrəmanov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

Qadınlardan ibarət yığmamızın baş məşqçisi Natiq Bağırov isə Avropa Kubokunda 5 yetirməsini sınayacaq. Bunlar Gülşən Nəzərova, Şəfəq Məmmədova (hər ikisi 52 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi 70 kq) və Gözəl Zutovadı (78 kq).

Yarışda 24 ölkədən 463 (299 kişi, 164 qadın) cüdoçunun qüvvəsini sınayacağı gözlənilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi