Cüdoçulardan bir gündə 6 medal

16.02.2020 | 880 dəfə oxunub

İspaniyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı davam edir. Stadium.Az yarışın rəsmi saytına istinadən xəbər verir ki, beynəlxalq turnirin ilk günündə millimiz hesabına daha altı medal yazdırıb.

Oğlanların mübarizəsində Sahib Babayev (50 kq) bütün rəqiblərini məğlub edərək Avropa kubokunu qazanıb. Bu çəkidə yarışan İslam Rəhimov və 55 kq çəki dərəcəsində mübarizə aparan Samir Piriyev yalnız finalda uduzaraq gümüş medal alıb. 55 kq-da ölkəmizi təmsil edən Qədir Hüseynov bürünc medala sahib olub. Qızların yarışında isə Səbinə Əliyeva (48 kq) gümüş, Səbinə Qədirova (52 kq) bürünc medala layiq görülüb.

Beləliklə, Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 1 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olublar. Yarışda 23 ölkədən 500-ə yaxın cüdoçu mübarizə aparır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ