"Qəbələ" Litvaya gedir
“Qəbələ” Futbol Akademiyası mövsümün ilk səfərini gerçəkləşdirməyə hazırlaşır. Stadium.Az xəbər verir ki, 15 yaşlılardan (2000-ci il təvəllüdlü) ibarət komandamız oktyabrın 23-dən 26-dək Litvanın paytaxtı Vilnüsdə təşkil olunacaq “Ateitis Cup 2014” beynəlxalq turnirində iştirak edəcək.
Məqsəd komandanın hazırlıq səviyyəsini daha da yaxşılaşdırmaqdır. Mehman Yunusovun başçılıq etdiyi kollektiv Baltikyanı ölkəyə oktyabrın 22-də yola düşüb. Turnirin mükafatı uğrunda “Qəbələ” ilə yanaşı daha 11 komanda da mübarizə aparacaq. Bu 12 komanda 2 qrupa bölünüb. “Qırmızı-qaralar” B qrupunda “Orbita”, “Minsk” (hər ikisi Belarus), “Dinamo” (Kiyev, Ukrayna), Milli Futbol Akademiyası (Litva) və “Feniks” (Kaunas, Latviya) ilə mübarizə aparacaq. A qrupunda isə “Barselona” Futbol Akademiyası (İspaniya), “Ateitis”(Litva), SHFS (Riqa, Latviya), “Lokomotiv” (Sankt-Peterburq, Rusiya), “Smena”, BATE (hər ikisi Belarus) çıxış edəcək.
“Qəbələ” oktyabrın 24-də keçiriləcək ilk turda “Feniks”lə qarşılaşacaq. Həmin oyun Bakı vaxtı ilə saat 13:50-də başlayacaq. Eyni gündə, saat 16:35-də isə Milli Futbol Akademiyası ilə görüşəcək “qırmızı-qaralar” 18:20-də Kiyev “Dinamo”su ilə görüşəcək. Ertəsi gün belaruslularla üz-üzə gələcək U-15 13:50-də “Minsk”, 19:40-da “Orbita”nı sınağa çəkəcək. Ayın 26-da isə müvafiq yerləri tutan komandalar həlledici matçlarda qüvvəsini sınayacaq. “Ateitis Cup” turniri müxtəlif yaş qrupları arasında olmaqla hər il keçirilir. Litvaya yollanacaq qrupa akademiyamızın baş məşqçisi Halim Fıçıcı, komandanın baş məşqçisi Mehman Yunusov, qapıçı məşqçisi Sahil Kərimov, eləcə də 20 nəfərlik futbolçu heyəti daxildir: Fərman Bayramov, Sərxan Osmanov, Rüstəm Nuriyev, İzzət Müştaqov, Vüsal Məsimov, Təbriz İsazadə, Arsen Ağcabəyov, Fəqan Məsimov, Tolqar Yaqubov, Eldost Qiyasbəyli, Fərid Quliyev, Məhəmməd Abbaslı, Qabil Sabirli, Kamran Quliyev, Rəşid Manafov, Fikrət Tağıyev, Rəşad Tağıyev,Elcan Hafizli, Elmir Tağıyev və Rəşad Bağırov.
gabalafc.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |