AFFA "Neftçi" və "İnter"i rədd etdi

20.12.2014 | 4136 dəfə oxunub

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclas keçirilib. 

Stadium.az xəbər verir ki, iclasda “Neftçi” (Elnur Allahverdiyevin cəzasının yüngülləşdirilməsi), “İnter” (Kaxaber Tsxadadzenin cəzasının ləğv olunması), “Araz-Naxçıvan” futzal klubu (Rəcəb Fərəczadənin cəzasının yüngülləşdirilməsi) və “Fənər” futzal klubu (Dmitri Komenko və Yevgeni Valenkonun cəzalarının yüngülləşdirilməsi) tərəfindən daxil olmuş müraciətlərə baxılıb. 


Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. “Neftçi”nin futbolçusu barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.

2. “İnter”in baş məşqçisi Kaxaber Sxadadze barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.

3. “Araz-Naxçıvan” futzal komandasının futbolçusu Rəcəb Fərəczadə barədə barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Rəcəb Fərəczadə intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Rəcəb Fərəczadə analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

4. “Fənər” futzal komandasının futbolçusu Yevgeni Valenko barədə barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Yevgeni Valenko intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Yevgeni Valenko analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

5. “Fənər” futzal komandasının futbolçusu Dmitri Komenko barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Futbolçu Dmitri Komenko intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Dmitri Komenko analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail