Robert Prosineçki: "Araz Abdullayev son matçlarda bir qədər ayılıb"

03.05.2015 | 4998 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində baş tutan “Neftçi” – “Sumqayıt” (2:2) oyununu stadiondan canlı izləyən yığmamızın baş məşqçisi Robert Prosineçki media nümayəndələrinin suallarını cavablandırıb.

 

- Bir neçə gün əvvəl “Neftçi”nin nümayəndələri ilə görüşdünüz. Həmin görüş zamanı hansı məsələləri müzakirə etdiniz?

- Çox şeydən danışdıq, bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq. Mətbuatda təzyiq çox idi. Bu da “Neftçi”nin futbolçularını Malta ilə oyuna dəvət etməməyimlə bağlı idi. Bu haqda danışdıq və niyə heç kimə dəvət göndərmədiyimi onlara izah etdim.

 

- Hansı səbəbləri göstərdiniz, bizə də açıqlaya bilərsinizmi?

 - “Neftçi”nin “Sumqayıt”la oyununa siz də baxdınız. Bu komanda 5 aydı eyni oyunu nümayiş etdirir. Səbəb də bax, budu.

 

- Digər klub rəsmiləri ilə də görüşməyi düşünürsünüzmü?

- İstənilən klub rəsmisi ilə fikir mübadiləsi aparmağa hazıram, onlara açığam. İcazə versəniz, sizə bir sual verərdim. Belə oyunla “Neftçi”dən kimisə milliyə çağırardınız? “Neftçi” haqda sual verilir. Bilirəm ki, “Neftçi”nin böyük tarixi var, Azərbaycanın ən böyük klubudu. SSRİ çempionatlarında mübarizə aparıb. “Neftçi”də yaxşı futbolçular yenə var. Bunu baş məşqçiyə də dedim. Gərək həmin oyunçular özlərini klublarında yaxşı tərəfdən göstərsinlər ki, mən də dəvət göndərim. Birinci hissədə “Sumqayıt”ın hücumçusu Məhəmməd Qurbanov daha fəal idi. O, milliyə hansı səbəbdən çağırıldığını oyunu ilə göstərdi. Qaçır, mübarizə aparır, qol vurur. Milliyə kimi dəvət edirəmsə, onun oyununa baxıb bunu edirəm. Hansı klubda çıxış etməyinin və ya ad-sanının əhəmiyyəti yoxdu. Daha vacib olan futbolçunun keyfiyyətidi. Araz Abdullayev son matçlarda bir qədər ayılıb. 15 oyundu gözləyirəm ki, Araz yuxudan ayılsın.

 

- “Neftçi”nin problemlərinin nədən qaynaqlandığını bir mütəxəssis kimi izah edə bilərsinizmi?

- Komandanın içində olmadığıma görə, çətinlik çəkirəm. Hər klubun öz işi var. Bu gün məni yığma maraqlandırır. Görüləsi işlərimiz var. İndi sualınıza cavab olaraq müəyyən səbəblər deyə bilərəm. Amma bu, dəqiq olmaya da bilər. Çünki dediyim kimi, nə siz, nə biz klubun içində olanları dəqiqliyi ilə bilirik.

 

- Norveçlə oyuna kimləri dəvət edəcəksiniz?

- Heyəti 90 faiz müəyyənləşdirmişəm. Problemlərimiz çoxdu. Namiq Ələsgərov, Eddi İsrafilov zədəlidi. Mahir Şükürov klubsuzdu. Vaqif Cavadov isə “Boluspor”un heyətində cəmi 5-10 dəqiqə meydançada olur. Bunlar haqda düşünməliyik.

 

- Bir müddət Türkiyədə çalışmısınız və onların iş prinsipinə bələdsiniz. Bizim futbolçular orada niyə möhkəmlənə bilmirlər?

- Dəqiq səbəb deyə bimərəm. Elə futbolçularımız var ki, onların oyun keyfiyyəti Superliqada çıxış etməyə imkan verir. Elə Vaqif Cavadovun özü. Ancaq niyə komandasında möhkəmlənə bilmir, kənardan baxıb deyə bilmərəm.

 

- Əksər klublarımızda maliyyə problemi var. Millinin baş məşqçisi kimi bu sizi narahat edir?

- Əlbəttə, böyük problemdi. Çempionatın səviyyəsi aşağı düşsə, futbolçular yığmaya zəif gələcəklər. Bu da işimizə mənfi təsir edəcək. Çalışmalıyıq ki, klublarımız güclü olsun, çempionatımız yüksək səviyyədə keçirilsin. Klubların maliyyə problemi yaşaması millinin baş məşqçisi üçün böyük problemdi.

 

- Norveçlə oyunöncəsi sizi narahat edən hansısa problem var?

- Norveç daha güclü rəqibdi. Malta ilə oyunöncəsi təzyiq böyük idi. Çünki ilk 4 matçda məğlub olmuşduq. Ona görə də qələbədən başqa yolumuz yox idi. Sonda hər şey istədiyimiz kimi alındı. Bu dəfə daha güclü rəqiblə qarşılaşacağıq. Yenə uğura inanırıq. Əlimizdən gələni edəcəyik ki, Norveçdən yaxşı nəticə ilə qayıdaq.

 

- Malta ilə oyunla müqayisədə bu dəfə yığmada yeni adlara rast gəlmək mümkün olacaqmı?

- Mümkündü. Malta ilə görüşdə debütantlara şans verdik və onlar özlərini doğrultdular. Namiq Ələsgərov, Ruslan Qurbanov ilk dəfə yığmanın formasını geyinirdilər. Arif Daşdərmiov, Əfran İsmayılov uzun fasilədən sonra yığmaya qayıtdılar. Eyni hal bu dəfə də təkrarlana bilər.

 

- Ruslan Qurbanovun “Hayduk”a keçidində bir növ vasitəçilik etmisiniz. Hazırda onun meydanda az vaxt keçirməsinin səbəbi ilə maraqlanırsınızmı?

- Baş məşqçisi ilə tez-tez əlaqə saxlayıram. Ruslan komandaya qoşulanda, heyət artıq formalaşmışdı. Yavaş-yavaş oyun təcrübəsi qazanır. Komandada da yeni baş məşqçi təyinatı oldu. Onunla telefon söhbətimiz oldu. Baş məşqçi də bildirdi ki, Qurbanov yaxşı futbolçudu. “Hayduk”un Ruslanla bağlı böyük planları var. Mütləq şans verəcəklər. Bir məsələni qeyd edim. “Hayduk” Ruslanın qalmasını istəyir. Bildiyiniz kimi, onun icarə müddəti mövsümün sonunda başa çatır. Amma “Hayduk” onu saxlamaq istəyir. Yeni ölkə, yeni mühit, yeni çempionat - bütün bunlara öyrəşmək üçün vaxt lazımdı. İnanıram ki, o, “Hayduk”da özünü yaxşı tərəfdən göstərəcək.

 

- Gələcəkdə başqa futbolçularımızın da xarici klublara keçidi gündəmə gələ bilər?

- Belə şans olsa, xarici klublara yığmanın üzvlərini təklif edəcəm. Bu işi davam etdirməliyik. Hər zaman demişəm, Azərbaycanda bacarıqlı futbolçular var. Bəziləri Avropa ölkələrində çıxış edə bilərlər. Götürək Namiq Ələsgərovu. Çox istedadlı futbolçudu. Təəssüf ki, Malta ilə matçda zədələndi. Biz qələbəyə doyunca sevinə bilmədik. Özünü cəmi 25 dəqiqə göstərmək imkanı oldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail