"Qarabağ" limonun "zibilinə" düşdü - AFFA CƏRİMƏLƏDİ

09.02.2016 | 2692 dəfə oxunub

AFFA İntizam Komitəsinin bu gün iclası keçirilib. Stadium.Az xəbər verir ki, iclasında aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının XX turunun “Neftçi” – “Rəvan” matçında “Rəvan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

Oyunun 88-ci dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Jairo Rodriges ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 89-cu dəqiqəsində “Rəvan” klubunun 86 №-li futbolçusu Həmid Yasin kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).

Azərbaycan Premyer Liqasının XX turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçının 87-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 4 №-li futbolçusu Ruslan Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 2-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

Azərbaycan Premyer Liqasının XX turunun “Sumqayıt” – “Zirə” matçının 61-ci dəqiqəsində “Sumqayıt” klubunun 39 №-li futbolçusu Emin Mehdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Azərbaycan Premyer Liqasının XX turunun “Kəpəz” – AZAL matçının 88-ci dəqiqəsində AZAL klubunun 6 №-li futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin XX turunun “Sumqayıt” – “Zirə” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).

Əvəzedici heyətlərin XX turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).      Əvəzedici heyətlərin XX turunun “İnter” – “Qəbələ” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail