Fariz Nəcəfov: "Şans varsa, maksimum istifadə etməyə çalışacağıq"

22.07.2016 | 3638 dəfə oxunub

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsini təqdim edirik: 
 
- Matçla bağlı fikirlərinizi bilmək istərdik...
- Gözlədiyimiz kimi, uşaqlar oyuna yüksək əhval-ruhiyyə ilə çıxmışdılar. Bərk-bərk tapşırmışdıq ki, “boşalmaq” olmaz. Çünki səfərdən qələbə ilə döndüyümüzə görə bundan çəkinirdik. Hamı məsuliyyətini dərk etdiyinə görə, qalib gəldik.
 
- İkinci hissə sizin üçün darıxdırıcı olmadı?
- Təki darıxdırıcı olsun, amma mərhələ keçək (gülür).
 
- Komanda güclənəcəkmi?
- Məlumatınız var. Artıq 1 futbolçu ilə razılaşmışıq. Onun Bakıya viza məsələsinin həllini gözləyirik. Gəlsin, tibbi müayinədən keçsin, bundan sonra 2 illik müqavilə bağlanacaq.
 
- Essombe vaxtilə Baqali Dabo ilə birlikdə oynayıb. Keçiddə Dabonun da rolu varmı?
- Dabo bizim komandaya keçəndən sonra aralarında bir neçə dəfə telefon danışığı olub. Yəqin ki, lazım olan məlumatı ona çatdırıb. Essombe də klubumuz haqda yüksək fikirdə olduğu üçün keçidə razılaşıb.
 
- Bu futbolçu “Astra” ilə razılaşmanı son anda imzalamayıb. Essombenin bu cür məsuliyyətsizliyindən xəbəriniz varmı?
- Bu danışıqların nə qədər uğurlu olduğu haqda məlumatım yoxdu. Futbolçunu bizə menecerlər təklif edib. Dabo gələn vaxtdan Essombe ilə danışıq aparırıq. Onunla “Astra” arasında nə baş verdiyindən isə xəbərim yoxdu.
 
- Essombenin fikrini dəyişməsində maddi məsələ rol oynaya bilərmi?
- Yüksək məbləğ yoxdu. “Astra”nın verdiyi məbləği oxudum, bizim ona təkıif etdiyimiz məbləğ ondan çox olsa da, kəskin fərqlənmir.
 
- Ötən il bu vaxt “Apollon”u gözləyirdiz, indi isə “Lill” gələcək. Əhval-ruhiyyə nə yerdədi?
- Məşqçimizlə də söhbət etdik, daha çox təcrübənin üzərində dayanır. Amma təkcə təcrübə deyib dayanmaq olmaz, inam, istək də olmalıdı. Bu olan yerdə əziyyətinin bəhrəsi olur. Keçilməz sədd yoxdu. Şans varsa, maksimum istifadə etməyə çalışacağıq.
 
- İlk oyundan sonra yeni transferlərinizin gücünə qiymət verməyin hələ tez olduğunu bildirmişdiz. Artıq 4 oyunda iştirak ediblər...
- Mən yeni transferləri çox bəyəndim. Amma işin o biri tərəfi də var. Bu futbolçular Qəbələyə gedib yerli şəraitə uyğunlaşandan sonra özlərini necə göstərəcəklər, bunu deyə bilmərəm.
 
- Uiks Dodonu unutdurubmu?
- Yox. Dodo başqa tip oyunçu idi, Uiks isə fərqlidi. Dodonu unutdurmaq üçün hələ çox vaxt lazımdı.
 
- Klubun prezidenti Tale Heydərov matçı izləməyə niyə gəlməmişdi?
- Ölkə xaricində olduğuna görə gəlməmişdi. Amma komandanın səfərdəki matçında stadionda idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail