"Sulu Göz", "87-ci ilin maşını", "adamyeyən", "at quyruğu" - Futbolçuların Ləqəbləri
Öz oyunları və vurduğu möhtəşəm qollarla yanaşı futbolçular, həm də öz ləqəbləri ilə seçilirlər. Stadium.Az bəzi məşhur futbolçuların ləqəbləri ilə tanış edir:
Argentina millisinin və İspaniyanın "Barcelona" klubunun hücumçusu Lionel Messi təvəllüdünə uyğun olaraq "87-ci ilin maşını" ləqəbi ilə məşhurlaşıb. Messi 5 dəfə "Qızıl Top" mükafatını qazanıb.Müasir futbol tarixinin ən möhtəşəm futbolçularından biri "fenomen", "yekədiş" ləqəbli braziliyalı Ronaldo olub. Karyerası ərzində "İnter Milan", "Milan, "Barcelona", "Real Madrid" kimi klubların heyətində çıxış edib.
Uruqvay millisinin və "Barcelona"nın hücumçusu Suarezin ləqəbi "adamyeyən" və "el pistolero"dur. "Adamyeyən" ləqəbini futbolçuları dişlədiyinə, "el pistolero" (qatil, bandit) dəqiq zərbələrinə görə alıb.
İdman karyerasını 1982-2004-cü ilərdə İtaliyada keçirən, Fiorentina, "Yuventus", Milan, “Bolonya”, İnter Milan və klublarının şərəfini qoruyan İtaliya milli yığma komandası heyətində 1990, 1994 və 1998-ci illərdə keçirilən futbol üzrə dünya çempionatlarında ölkəsini təmsil edən məşhur futbolçu Roberto Bacconun ləqəbi “At quyruğu” olub.
İtaliya futbol ulduzu Fabio Kannavaro da öz maraqlı ləqəbi ilə tanınır - “Berlin divarı”. 2006-cı ildə göstərdiyi performans ilə UEFA tərəfindən ilin futbolçusu seçilib. Kannavaro bu mükafatı alan 3 müdafiəçidən biridir.
Qana əsilli italyan futbolçu Mario Balotelli də maraqlı ləqəbləri olan futboçular siyahısındadır. “Super mario” hazırda "Nice"ın heyətində çıxış edir.
Məşhur çexiyalı futbolçu Tomaş Rositskinin ləqəbi “Balaca Motsart”dır. Dünyanın ən yaxşı mərkəz oyunçularından biri hesab olunan Rostitski öz vətənində "Sparta Prague"nın heyətində oynayır.
Dünya şöhrətli futbol ulduzu Real madrid komandasının oyunçusu, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun ləqəbi “Sulu göz” olub. Anasının və yaxınlarının dediyinə görə, oyun zamanı ona pas ötürülmədikdə, yaxud da istədiyi kimi oynamadıqda yanaqlarını sıxaraq ağlamağa başlayırdı.
Fransalı futbolçu, İspaniyanın “Real Madrid” futbol klubunun baş məşqçisi, BMT-nin xoşməramlı səfiri Zinəddin Zidanın ləqəbi “Zizu” olub.
Adının mənası portuqalcadan tərcümədə “balaca ronaldo” olan məşur futbolçu Ronaldinyonu hər kəs “Ronni “ deyə çağırır.
İspaniya millisinin və "Chelsea"nın futbolçusu Dieqo Koşta "div adam" kimi tanınır. Bu ləqəb Koştanın görünüşü ilə bağlıdır. 28 yaşlı futbolçunun yaşının çox olduğu illərdir müzakirə olunur. "Sumqayıt" klubunun və futbol üzrə Azərbaycan milli yığma komandasının qapıçısı Fərhad Vəliyevin ləqəbi - "Yapon"dur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |