“O, “Qarabağ”ın kaskadyorudur”

24.05.2017 | 5525 dəfə oxunub

Bu gün “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəlin ad günüdü. Ağdam klubunun uğurlarından pay sahiblərindən olan Əmrah bəy üçün bu əlamətdar gündə ziyalılar, jurnalistlər və futbol adamları onun barəsində fikirlərini bildiriblər.

Aqil Abbas, yazıçı, millət vəkili:

- Əmrah bəy gözəl insan, mərd kişidi. Azərbaycan futbolunda imzası olan insandı. İnsan kimi gözəlliyini, xoş xasiyyətini, ziyalılığını qoyuram bir tərəfə, təkcə Azərbaycan futbolunda göstərdiyi xidmətlərə görə şəxsən mən bir qarabağlı kimi Əmrah Çəlikələ özümü borclu bilirəm. Biz uzun illərdi dostluq edirik. Bu gün "Qarabağ" komandası uğurlar qazanırsa,  Avropada Azərbaycanı gözəl təmsil edirsə, Qarabağın adını orda tanıdırsa bunda Əmrah bəyin də böyük xidmətləri var. Bunu çox adam bilmir. Təbii ki, “Qarabağ”ın prezidenti, vitse-prezidenti var. Onların komandanın yaşaması üçün əziyyətləri böyükdür. Futbol oynamaq başqa şeydi, komandanı yaşatmaq, qoruyub saxlamaq, tamam başqa şeydi. 

Bir şey deyim sizə, kinolarda kaskadyorlar olur. Onlar üzdə görünmürlər, amma ən ağır işləri görürlər. Əmrah Çəlikəl də Azərbaycan futbolunun, “Qarabağ”ın kaskadyorudu.  O, bizim futbol üçün canını qoymağa hazırdı. Bu ad günü münasibətilə onu təbrik edir, uzun ömür arzu edirəm.


Ramin Musayev, Peşakar Futbol Liqasının prezidenti:

- Mən Əmrahın işindən yox, insani keyfiyyətlərindən danışmaq istəyirəm. Dostluğa, rəhbərə sadiqlik hər insanda olmur. İnsanlar var ki, bəzən gözünü nələrsə tutur, aldadır. Əmrah isə elə bir insandır ki, həm dostluğa, həm rəhbərinə, həm də ailəsinə sadiqdir. Demək olar ki, 14-15 ildi Əmrahı tanıyıram. Hətta evlərində, ata və anasının yanında qonaq olmuşam. Valideyininə münasibətdə də başqalarından çox fərqlənir.  Yəni, insani keyfiyyətlərə nəzər yetirsək, bu insanda bir nöqsan tutmaq qeyri-mümkündür. Hazırda belə insanlar çox azdır. Bilmirəm Əmrah namaz qılandı, ya yox. Amma onu bilirəm ki, o adam artıq cənnətdə yerini indidən “bron” etdirib. Gözəl ailə başçısı, gözəl dostdur. Onu təbrik etmək istəyirəm. Əmraha təkcə bir şey arzu edirəm: cansağlığı. Çünki qalan hər şeyi var. Bir daha deyirəm, dostluğa sadiq oğlandı. Adamlar var ki, yaxınlıq edirsən, sonra baxırsan ki, tez zamanda çox şeylərin üstü açılır. Görürsən ki, səninlə hansısa maraqları naminə dostluq edir. Bu adamda elə şey yoxdur. Dostluq etməyi bacarır.


Qurban Qurbanov, “Qarabağ”ın baş məşqçisi:

- O, "Qarabağ" klubu üçün, komanda üçün böyük bir iş görüb. "Qarabağ"a gələndə ilk dəfə onunla tanış olmuşam. Və çox şadam ki, elə bir insan qarşıma çıxıb. "Qarabağ"ın bugünkü uğurlarında onun payı böyükdür. Əmrah bəyi təbrik edir, onun özünə və ailəsinə uzun ömür, can sağlığı arzulayıram.

Nurlan İbrahimov, “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri:

- Hər kəsin həyatında xüsusi dönüş anları olur. 2007-ci ildə də mənim həyatımda belə “qırılma” nöqtəsi olub. Şəxsimlə bağlı imkansız bir məsələni Əmrah Çəlikəl çox sadə üsulla həll etdi: öz otağında mənimlə üzbəüz əyləşdi, diqqətlə dinlədi və bir neçə cümləylə məni mümkünsüzə inandırdı. Həyatımı dəyişdirdi.
14 il olduqca belə bir camiənin daxil idarə edilməsinə cavabdeh olmaq ağır işdir. Uğur da olacaq, uğursuzluq da, sevinc də, kədər də. Amma insani keyfiyyətini, öz şəxsiyyətini qoruyub saxlamağı hər insan, hər rəhbər bacarmlr. O, 14 il bundan öncə necə idisə (mən 11 ildi tanıyıram), indi də elədir: təvazökar, personalına abilik edən, böyüklə böyük, kiçiklə kiçik. İnsanin dar günündə fədakarlığını göstərir. Və əsla etdiklərini gözə soxmaz, danışmaz, sənə xatırlatmaz… Bax, belədir bizim müdir-abimiz…
Onu təbrik edir, işlərində daha böyük uğurlar və möhkəm cansağlığı arzulayıram.

Aydın Bağırov, Qol.az saytının redaktoru

- Bu gün Əmrah Çəlikəlin 41 yaşı tamam olur, 40-a keçir. Əlbəttə, bu bir zarafatdır. Amma həqiqətdə elə insanlar var, onlar hər il fiziki olaraq yaşlansalar da, ruhən heç dəyişmirlər, gənc olaraq qalırlar. Əmrah Çəlikəl məhz belə insandı. Bu ad günündə birinci növbədə ona möhkəm cansağlığı arzulayıram. Mən əminəm ki, o, 70-80 yaşa çatıb ahıl dövrünü yaşayanda belə, ruhu heç vaxt qocalmayan bir insan kimi qalacaq. 

8 il əvvəl - ilk tanışlığımız günü o mənim üçün sadəcə “Qarabağ”ın rəhbərliyində təmsil olunan bir şəxs idi. Bu gün isə o münasibətlər işgüzar çərçivədən çıxaraq mənəvi qardaşlıq səviyyəsinə çatıb. 
Diqqətli, ən əsası sədaqətlidir.

Bir insan hər qapını ürəklə, ərklə döymür. Bir evin qapısını ürəklə döyməyin üçün birinci növbədə o evin içində bir istilik, səmimiyyət olmalıdı. Və o evin içindəkilər qapını sənin üzünə candərdi yox, içdən gələn pak bir istəklə açmalıdı. Mən “Qarabağ”ın qapısını həmişə ürəklə döymüşəm, onlar da qapılarını üzümə həmişə elə o səmimiyyətlə açıblar.

Ona görə ki, orda güclü bir istilik olub. “Qarabağ” bu gün təkcə futbolumuzun lideri deyil, ocağıdır. Və onun istisində onu sevən hər kəs qızışa bilir. O ocağı uzun illərdi sönməyən qoymayan fədakar insanlar cəmləşib klubda. Əmrah Çəlikəl də həmin insanların önündə gedənlərdən biridi.
Əmrah bəyi ad günü münasibəti ilə təbrik edirəm, ona “çox yaşa, var ol” deyirəm. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail