"Qəbələ" keçmiş futbolçusunu qaytardı

22.09.2017 | 4075 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VI turunun “Neftçi” ilə oyununa hazırlaşan “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. 

Stadium.Az xəbər verir ki, “Qırmızı-qaralar” nigeriyalı hücumçu Ekiqo Ehiosunla güclənib. Azad agent statusu ilə komandaya qoşulan 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. 2014/15 mövsümündə icarə əsasında “Qəbələ”də çıxış edən Ehiosun “qırmızı-qara” formada 32 oyuna 6 qol vurub. Bütün qollarını çempionatda vuran legioner Premyer Liqada 29, ölkə kubokunda 3 matça çıxıb.

Azərbaycana ilk gəlişinədək vətənində “Varri Volves” (2008-2011), Türkiyədə “Samsunspor” (2011-2012) və “Gənclərbirliyi” (2012-2015) klublarında çıxış edib. 2013-2014-cü illərdə “Samsunspor”, 2014-2015-ci illərdə “Qəbələ”yə icarəyə verilən Ekiqo 2 il öncə Türkiyəyə qayıdıb. O, “Samsunspor” (2015-2016) və “Qazişehir Qaziantep” (2016) komandalarında çıxış edib.

Ehiosun 2011-ci ildə debüt etdiyi Nigeriyanın əsas yığmasında 6 oyun keçirib və 1 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail