“Qarabağ” – “Çelsi” matçının hakimləri

20.11.2017 | 5437 dəfə oxunub

Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlanıb. Stadium.Az xəbər verir ki, UEFA V tur çərçivəsində baş tutacaq qarşılaşmaya portuqaliyalı hakimlər briqadasını göndərməyi qərara alıb.

Matçda ədaləti Manuel De Souza  qoruyacaq. Ona Alvaro Meskquita və Rikardo Santos kömək edəcəklər. Nuno Pereyra ehtiyat referi kimi iş başında olacaq. Əlavə hakim köməkçiləri funksiyasını isə Fabio Verissimo və Luis Migel Branko Qodinyo yerinə yetirəcək.

42 yaşlı De Souza əvvəl də ölkəmizə gəlib. 2006-cı ildən FİFA hakimi olan portuqaliyalı Avropa Liqasının 2012/13 mövsümünün qrup mərhələsində keçirilən “Neftçi” – “Rubin” qarşılaşmasını idarə edib. Rusiya təmsilçisinin 1:0 hesablı qələbəsini qeydə alan referi 5 sarı vərəqə də göstərib.

2012-ci il noyabrın 8-dəki matçda bakılılar 3, qonaqlar 2 dəfə cəzalanıb. “Ağ-qaralar”ın heyətində Rəşad Sadiqov, Erik Ramos və Mirhüseyn Seyidov xəbərdarlıq alıb. Həmin matçda dördüncü hakim olan Nuno Pereyra da yenidən Bakıya gələcək.

Noyabrın 22-də keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail