"Neftçi"nin prezidenti hakimlikdən narazıdı VİDEO

20.11.2017 | 4798 dəfə oxunub

"Neftçi”nin prezidenti Orxan Hüseynzadə klubun rəsmi saytına açıqlama verib. Stadium.Az xəbər verir ki, o, P remyer Liqasının noyabrın 19-da keçirilmiş "Neftçi” – "Qəbələ” matçında (2:3) şübhəli hakim qərarlarına münasibət bildirib:

"Hakimlər briqadasının səhvləri dünənki oyunun nəticəsinə təsir etdi. Biz məğlubiyyətə layiq deyildik, ədalətli hakimlik olsa qələbə qazana bilərdik. Bəli, hamı səhv edə bilər. Amma ölkənin ən yaxşı referisinin başçılıq etdiyi hakimlər briqadası bütün oyun ərzində bir komandanı "öldürürsə” bu şübhələr yaradır. Əliyar Ağayev və köməkçiləri 2 metr məsafədən bütün stadionda olan adamların gördüyünü görmədilər? Hakimləri bilərəkdən komandamıza antipatiya bəsləməkdə ittiham etmək istəmirəm. Amma istənilən halda onların səhvləri nəticəyə təsir etdi. Yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu videotəkrarlardır. Burada söhbət bahalı avadanlıqdan getmir. Hər klub hakimlər briqadasını 4-cü hakimin mövqeyinin yaxınlığında sadə monitorla təmin edə bilər. Bu, hakim səhvi ehtimalını yox edəcək”.


"Neftçi" - "Qəbələ" oyunundakı mübahisəli hakim qərarları




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail