UEFA transferlərə sərt qadağalar qoymağı planlayır

21.01.2018 | 4690 dəfə oxunub

UEFA növbəti mövsümün əvvəlinə kimi "financial fair play" qaydalarını təkmilləşdirmək istəyir. Stadium.Az "Le Parisien"ə istinadən xəbər verir ki, qurum transferlərə astronomik pullar xərcləyən "Mançester Siti" və PSJ kimi zəngin klublara nəzarəti gücləndirmək fikrindədir.

"Financial fair play"ə görə klubun transfer xərcləri və gəliri arasındakı fərq 100 milyon avro həddini aşmamalıdır. Paris klubu buna əməl etsəydi, Neymar və Mbappenin transferinə xərclədiyi 400 milyon avro səbəbindən 300 milyon avro dəyərində futbolçuları satmalı idi. UEFA komandanın tərkibinə daxil olan peşəkar futbolçuların sayını 25-ə salmaq niyyətindədir.

Klubların sponsor müqavilələrindən gəlirinə də məhdudiyyət qoyula bilər. Bu gəlir ümumi gəlirin 30%-dən artıq ola bilməz. Analoji təkliflərə qurumun İcraiyyə Komitəsi tərəfindən mayın 24-də baxılacaq. Onlar təsdiqlənsə, növbəti mövsümdən qüvvəyə minəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail