Riçard Qadze: "Meydançada hamımız bir-birimizi söyürük"

18.02.2018 | 5062 dəfə oxunub

"O, tez-tez mənim ünvanıma təhqiramiz ifadələr işlədirdi. Özümü güclə saxlayırdım. Ancaq komanda yoldaşım haqda dedikləri məni özümdən çıxardı. Çox əsəbiləşdim".

Stadium.Az xəbər verir ki, bu sözləri “Zirə”nin hücumçusu Riçard Qadze deyib. Qanalı forvard Premyer Liqanın 16-cı turunun “Qəbələ” ilə oyunundan sonra rəqib komandanın üzvü Ruslan Qurbanovla aralarında baş verən qalmaqalın təfərrüatlarını danışıb. O, Qurbanovun irqçi ifadələr işlətdiyini bildirib:

“Belə şeylərə son qoyulmalıdır. Əgər AFFA buna daha çox diqqət ayırsa, inanın ki, Azərbaycan futbolu üçün də yaxşı olacaq. Biz irqçiliklə mübarizə aparmağa çalışırıq. Amma hələ də belə hallara yol veririk.

Əgər müsəlmandırsa, “Quran”a and içsin ki, belə sözlər deməyib. Mən xristianam. Heç vaxt bir insan haqda yalan danışmaram. Ortada heç nə yoxdursa, mən niyə onun üzərinə şığıyım? Bu insan mənə nə dediyini yaxşı bilir. Qoy, hər şeyi olduğu kimi danışsın. Meydançada hamımız bir-birimizi söyürük. Başa düşürəm, bu, oyunun bir parçasıdır.

Ancaq Ruslanın üzümə qarşı dedikləri mənə böyük zərbə oldu. Buna görə belə reaksiya verdim. Bu, onun üçün böyük ayıbdır. Ruslana görə çox təəssüflənirəm. Çünki mən şəxsən onu çox istəyirəm”.

“Qəbələ” – “Zirə” oyunundan (2:1) sonra meydanda 2 komandanın futbolçuları arasında dava düşüb. Hadisəyə səbəb isə Ruslan Qurbanovla Riçard Qadzenin mübahisəsi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail