Xavi: “Ən pisi odur ki, “Real” əslində heç nə etmədiyi halda PSJ-ni məğlub etdi"

18.02.2018 | 4100 dəfə oxunub

“Düzdür, “Real” PSJ ilə oyunda müəyyən şeylər etdi. Amma gərək, onlarla oynayanda fürsətləri əldən verməyəsən. Çünki buna görə rəqibi cəzalandırırlar”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Goal.com” saytına açıqlamasında “Barselona”nın sabiq yarımmüdafiəçisi Xavi deyib. Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində baş tutan “Real” – PSJ matçı (3:1) barədə fikirlərini bölüşən veteran futbolçu “kral klubu”nun qələbə qazanmasını ədalətsizlik adlandırıb:

“Ən pisi odur ki, “Real” əslində heç nə etmədiyi halda PSJ-ni məğlub etdi. Əks-hücumlar qələbədə həlledici rol oynadı. Bu isə demək olar ki, ədalətsizlikdir. Çünki PSJ həmin gün daha yaxşı idi. Hesab 1:1, 2:2 və ya 2:1 fransızların xeyirinə olmalıydı. PSJ “Barselona” kimi oynayırdı.

Bu, izaholunmaz bir şeydir. “Real” oynamadı, amma qələbə qazandı. Bu matçda bir-birindən fərqlənən bir neçə məqam oldu. PSJ uzun müddət oyuna nəzarət etdi. Mənə görə, “Real” həmin gün heç də oyunun ən yaxşısı deyildi. Amma onlar üçün fərqi yoxdur. Pis oynasalar da, fəlsəfələri çox sadədir: meydana qələbə üçün çıxırlar. Ona görə də “Santyaqo Bernabeu”da bu komandaya qarşı oynamaq çox çətindir”.

“Real” – PSJ matçı ispan klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail