Roman Qriqorçuk: "Qarabağ” "Qəbələ”dən güclüdür"

24.02.2018 | 3208 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Premyer Liqanın 17-ci turunda səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Uduzduğumuza görə təəssüflənirəm. Bu məğlubiyyəti gözləmirdim. Qapımızda gözlənilməz qol gördük. Bu da uduzmağımıza səbəb oldu. 

- Məğlubiyyətdə komandanın rəqibi dəyərələndirməməsi nə dərəcədə rol oynadı?

- Bu gün pis oynamadıq. Sadəcə, əldə etdiyimiz qol fürsətlərindən yararlana bilmədik. Hətta deyərdim ki, bu oyunda qalib gəldiyimiz bəzi oyunlardan daha çox qol fürsəti əldə etdik. Deməzdim ki, rəqibi düzgün dəyərləndirmədik. Buna görə futbolçularımı günahlandıra bilmərəm.
 
- Bəs Cavid Hüseynov və Qismət Alıyevin yoxluğu necə?

- Bunu demək olmaz. Bilmək olmaz onlar olsaydı nəticə necə olardı. Bunu ancaq həmin oyunçular çıxış etsə, bilmək mümkün idi. Həm də, kimsə oynamırsa, bu o demək deyil ki,  komanda uduzmalıdır.
 
- Adətən hücumda Monroz-Dabo-Kone üçlüyünə şans verirsiz. Bu dəfə isə fərqli hücum xəttinə şans vermişdiz...

- Deməzdim ki, həmişə belə oynamışıq. Bundan əvvəlki iki oyunda da Konesiz çıxış etmişdik, ancaq qalib gəlmişdik.
 
- Sabah "Qarabağ” qalib gəlsə, xal fərqi 9-a çatacaq. Qarşıdakı 11 turda bu fərqi aradan qaldırmaq nə dərəcədə mümkün olacaq?

- İndiki məqamda "Qarabağ” "Qəbələ”dən güclüdür. Xal fərqinin heç bir əhəmiyyəti yoxdur. "Qarabağ” çox güclü komandadır. Ancaq biz də təslim olmayacağıq. Sona kimi mübarizə aparacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail