Asif Məmmədov: "İnandırıcı gəlmir" - MÜSAHİBƏ

24.02.2018 | 3436 dəfə oxunub

"Qəbələ" Prremyer Liqanın 17-ci turunun oyununda səfərdə "Səbail"ə məğlub oldu - 1:2. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın yarımmüdafiəçisi Asif Məmmədov jurnalistlərin suallarını cavablandırıb:

- “Qəbələ”yə qələbə lazımkən məğlub oldunuz. Məqsədə niyə çatmadınız?

- Qələbə qazanmağı çox istəyirdik. Bu cür oyunlarda xal itirməyimiz yaxşı hal deyil. Ümumi götürəndə pis oynamadıq.

- Bəlkə çox istəkli olmağınız sizə mane oldu?

- Ola bilər. Həm də avtoqol bizi ruhdan saldı.

- Cavid Hüseynov cəzalı olduğuna görə komandaya kömək edə bilmirdi. Yeri görünürdümü?

- Nə deyim, komandada bir-birini əvəzləyən futbolçular var. Əlbəttə, matça tam heyətlə çıxsaydıq, daha yaxşı olardı. Sadəcə, bəxtimiz gətirmədi.

- Qış fasiləsindən sonra “Qəbələ”nin “Qarabağ”ı qovacağı gözlənilirdi. Ancaq əks-qrafiklə rastlaşdıq...

- Bu oyuna qədər nəticələr pis deyildi. Amma məğlubiyyətdən sonra çempionluqdan bir qədər uzaqlaşdıq. Sabah “Qarabağ” “Kəpəz”lə qarşılaşacaq. Həmin görüşdə “Qarabağ”ın qalib gələcəyi gözlənilir. Bu baş versə, işimizi çox çətinə salmış olacağıq.

- “Qarabağ”ın xal itirəcəyinə ümid etmirsiniz?

- Çətindi. İnandırıcı gəlmir.

- Nəticələrin pis olmadığını dediniz. Ancaq çempionluq şansınızı davam etdirmək üçün “Qarabağ”a qalib gəlməli idiniz...

- Həmin qarşılaşma fasilədən sonra ilk matç idi. Xeyli vaxt idi ki, rəsmi oyun keçirmirdik. Üstəlik, səfərdə oynayırdıq. “Qarabağ” kimi komandadan xal almaq pis deyildi. Çünki oyunumuz da uğurlu alınmamışdı.

- Zirvə uğrunda intriqa “öldü”, demək olarmı?

- Öz oyunumuzu keçirəcəyik. Ruhdan düşməyəcəyik, qələbə qazanmaq üçün mübarizə aparacağıq. Ancaq hər şey əlimizdə deyil. İndi “Qarabağ”ın nəticələrini gözləyəcəyik. Təbii ki, öz oyunumuzu da udmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail