Salah: "“Bilmirəm fikrimi necə izah edim"

26.05.2018 | 2622 dəfə oxunub

“Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah bu gün Çümpionlar Liqasının “Real”a qarşı keçiriləcək oyunu ilə bağlı fikirlərini açıqlayıb.

Misirli futbolçu UEFA-nın saytına müsahibəsində bir sıra məqamlara toxunub.

“Bilmirəm fikrimi necə izah edim. Çempionlar Liqasının finalında qələbə heç nəyə bənzəməz. Həyəcanlıyam. Mən arzuma çatmışam. Klubda və şəhərdə hamı bu oyunu gözləyir. Yadımdadır, vaxt vardı bir neçə il əvvəl mən finala, stadiodakı ab-havaya Misirdə televizorda baxırdım” – deyə o, bildirib.

“Real” haqda

“Onlar ÇL-i hamıdan çox udublar. Son 4 ildə isə 3 dəfə bu mükafatı qazanıblar. Təcrübəsi çoxdur. Amma final iki deyil, bir oyundan ibarətdir. Ona görə də biz oyuna köklənib keçmişə baxmamalıyıq. Oyun başlayanda hamı o fikirlə barışır ki, hər iki komandanın heyətində 11 futbolçu var”.

Yurgen Klopp haqda

“O sənə azadlıq verir ki, nə istəyirsən et. Amma əlbəttə, onun da dediklərini yerinə yetirmək lazımdır. Buna baxmayaraq, sən sərbəst halda oyununu oynaya bilərsən. O, futbolçuları inandırmağı bacarır. Ona görə də meydanda rahatıq. Belə yanaşma dünyada hər bir futbolçuya kömək edər. Əgər sənin özünün də azadlıq hissin varsa, o zaman istədiyini həyata keçirə bilərsən. Kloppun gücü həm də budur. Biz hər birimiz özümüzə inanırıq. Ona görə də çox qol vururuq. Klopp təkcə mənə deyil, bütün komanda yoldaşlarıma dostdur”.

“Liverpul”u komanda ruhu haqda

“Hamımız dostuq. Oyunçuların əksəriyyəti vaxtının çoxunu birgə keçirir. Adətən, axşam yeməyini birgə yeyirik, yaxud digər məsələlər. Bu, oyun zamanı bizə kömək edir. Biz bir-birimizə möhkəm yaxınlaşmışıq. Oyun üslubumuz dəyişib. Artıq təkcə əks-hücumlar etmirik. Xüsusilə son aylar komanda oyunu göstərməyə çalışırıq”.

Özü haqda

“Uğura getməyimin yolu dayanmadan işləməyim oldu. Əsas odur ki, bu formamı növbəti mövsümdə də saxlayım. Bilirəm ki, çətin olacaq. Amma bu, məni qorxutmur. Çünki mən artıq çətinliyin öhdəsindən gəlmişəm. Hələliksə bizi ÇL-in finalı gözləyir və indi o haqda düşünməliyəm. Növbəti mövsüm heç yana qaçmır. Ona görə də Kievdəki oyundan həzz almaq lazımdır. Həmişə belə səviyyədə oynayacağıma əmin olmuşam. “Roma”da iki yaxşı mövsüm keçirdim. Məni orda qalmağa razı salmaq istəyirdilər. Amma İngiltərəyə getməyi düşünürdüm. Bilirdim ki, orada məhsuldar oynaya biləcəyəm”.

Kumirləri haqda

“Totti, Ronaldo və Zidan. Onlar öz oyun tərzləri ilə heç kimə bənzəməyiblər”.

Roberto Firmino və Sadyo Mane haqda

“Vacib olan qol vurmaqda bir-birimizə kömək etməkdir. Bunu kimin edəcəyi vacib deyil. Bizə qalib gəlib, xal qazanmaq lazımdır. Baxın, ÇL-də mən və Firmino 10, Sadyo isə 9 qol vurub. Yəni göstəricilərimiz eynidir. Biz paxıl və eqoist deyilik. Çalışırıq ki, qol vuraq bunda bir-birimizə kömək edək”.

“Real” və “Liverpul” arasındakı ÇL-in final oyunu bu gün Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail