Nazim Süleymanov "Sumqayıt"ın planlarını açıqlayıb

03.07.2018 | 1701 dəfə oxunub

“Sumqayıt”ın yeni mövsüm üçün hazırlıq proqramı müəyyənləşib. Stadium.Az xəbər verir ki, bu barədə yeni baş məşqçi Nazim Süleymanov klubun saytına açıqlamasında məlumat verib.

O bildirib ki, təlim-məşq toplanışının birinci mərhələsində 2 yoxlama görüşü keçirməyi planlaşdırırlar: “Yeni mövsümün hazırlıqlarına 29-30 iyun tarixlərində dənizdə kross qaçışı ilə başladıq. İyulun 1-dən etibarən isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında toplu çalışmalara start verərək məşqləri davam etdiririk. Hazırlıqlara həm əvəzedici komandadan dəvət olunmuş futbolçular, həm də baxışda olanlar qatılıblar. Hələ ki, onları gözdən keçiririk. İyulun 15-nə kimi toplanışın ilk mərhələsi davam edəcək. Bu mərhələdə iki yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Rəqiblərdən biri “Sabah” olacaq. İkinci oyun üçün isə axtarışlarımız davam edir. “Sabah”la iyulun 11-də üz-üzə gələcəyik. Ayın 14-də qarşılaşacağımız rəqibin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək”.

Süleymanov hazırlığın ikinci mərhələsini isə Türkiyədə keçəcəklərini açıqlayıb: “İkinci yoxlama oyunundan sonra hazırlıq prosesinin 1-ci mərhələsi başa çatacaq. 2 günlük istirahətin ardından iyulun 16-da Türkiyənin Bolu şəhərinə yola düşəcəyik. Orda hazırlığın 2-ci mərhələsi üçün təlim-məşq toplanışına start verəcəyik. Qonşu ölkədə olduğumuz müddətdə 4 yoxlama görüşü keçirməyi planlaşdırırıq. Çalışacağıq ki, toplanışın sonuna qədər komandanı çempionata hazır vəziyyətə gətirək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

16.02.2019

16:49  "Zirə" - "Neftçi" -HEYƏTLƏR

15:20  "Qarabağ"ın son məşqindən - FOTOLAR

14:26  "Keşlə" - "Sumqayıt" - HEYƏTLƏR

11:43  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

15.02.2019

10:32  Azərbaycan yerində qaldı - UEFA reytinq cədvəli

14.02.2019

01:55  "Ayaks" - "Real" - 1:2 VİDEO

13.02.2019

12:16  18-ci turun oyun cədvəli - Azərbaycan Premyer Liqası

01:56  PSJ və "Roma" qalib gəldi - YENİLƏNİB

12.02.2019

16:37  Turun rəmzi komandası - Foto

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi