“Qarabağ” "Şerif"ə qarşı Emeqarasız oynayacaq

18.08.2018 | 5480 dəfə oxunub

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacağı Moldova “Şerif”i ilə ilk oyuna itkilərlə çıxacaq.

Stadium.Az xəbər verir ki, Ağdam klubunun hücumçusu İnnosent Emeqara Moldovada baş tutacaq ilk görüşdə komandasına kömək edə bilməyəcək. Buna səbəb onun cəzalı durumda olmasıdı.

Belə ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Belarus BATE-si ilə səfər oyununda qırmızı vərəqə alan Emeqara bu üzdən azı bir matçda meydana çıxmayacaq. UEFA-nın İntizam Komitəsi hələlik bu barədə rəsmi qərarını açıqlamayıb. Lakin onun ikinci sarı vərəqədən sonra meydandan qovulduğunu nəzərə alsaq, böyük ehtimalla elə bir oyunluq cəzalanacaq.

Emeqaradan əlavə, uzun müddətə sıradan çıxan yarımmüdafiəçi Dani Kintana da “Şerif”lə səfər oyununda meydana çıxmayacaq.

“Qarabağ”la “Şerif” arasında ilk oyun avqustun 23-də Tiraspolda, cavab matçı isə avqustun 30-da Bakıda olacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail