"Qarabağ" - "Neftçi" oyununun vaxtı dəyişdirilir

20.08.2018 | 4352 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 3-cü turunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyununun vaxtı dəyişdiriləcək.

Stadium.Az xəbər verir ki, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi avqustun 25-də keçirilməyəcək. Qarşılaşmanın avqustun 26-ı və ya 27-də keçirilməsi gözlənilir.

"Qarabağ"ın avqustun 23-də Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə səfər oyunu olduğu üçün bu dəyişiklik nəzərdə tutulub.

Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Qol.az-a açıqlamasında xəbəri təsdiqləyib. O, "Qarabağ"dan rəsmi məktub gözlədiklərini deyib.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə Qol.az-a bildirib ki, qaydalara əsasən avrokubok və çempionat matçları arasında 48 saatdan az vaxt olarsa, çempionat oyunu təxirə salına bilər. Klub rəsmisi "Neftçi" ilə oyunun vaxtının dəyişdiriləcəyinin nəzərdə tutulduğunu qeyd edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail