"Qarabağ" Portuqaliya nəhəngləri ilə eyni səviyyədədir" - Müsahibə

18.09.2018 | 5092 dəfə oxunub

"Qarabağ"ın qapıçısı Vaqner Silva Portuqaliya mətbuatına verdiyi müsahibə

- "Qarabağ" portuqaliyalı azarkeşlər üçün tanış komanda deyil. Klubu necə təqdim edərdiniz?

- Faktiki olaraq, heç şübhəsiz, Azərbaycanın ən böyük klubu, 5 qat çempion, super peşəkar və yaxşı təşkilatlanmış komanda. O, Portuqaliya nəhəngləri ilə eyni səviyyədədir. Ötən mövsüm çempionatda ikinci pillədəki "Qəbələ"ni 16 xal qabaqlayaraq, titula sahib çıxıblar. Ardıcıl 6 ildir avrokubokların daimi iştirakçısıdır. Hər il bu komandaya yüksək səviyyəli futbolçular cəlb olunur.

- Komandanızın Avropa Liqasının qrup mərhələsindəki hədəfi nədir?

- Mənim özünəməxsus fəlsəfəm var: hər zaman gördüyüm işə baxıram. Qarşımıza öz hədəflərimizi qoymuşuq. Portuqaliyada çıxış edərkən həm "Eştoril", həm də "Boavişta"da fantastik təcrübə qazandım. Artıq bu ölkədə bütün nəhəngləri məğlub etmişəm. Əlbəttə, "Arsenal" və "Sportinq" qrupun favoritləridir. Ancaq biz də olduqca motivasiyalıyıq. Çünki evdə çox güclü olduğumuzu bilirik.

- Portuqaliya ilə bağlı yaxşı xatirələriniz olmamış olmaz.

- Heç şübhəsiz. Misal üçün, 7 oyundan cəmi 2-də "Sportinq"ə uduzmuşam. "Alvalade" stadionunda oynamaq çox xoşuma gəlir. Orada qələbə sevinci yaşamışam.

- Bəs qrupdakı debüt oyunundan nə gözləyə bilərik?

- Gəlin, topla oynamağı sevən iki komanda arasındakı matça baxaq. Rəqibin heyətində demək olar ki, bütün futbolçuları tanıyıram. Yalnız Naniyə qarşı oynamamışam. Düşünürəm ki, baxımlı oyun olacaq və azarkeşlər də buna qiymət verəcəklər.

- Siz məşqçinin casusunuz?

- Yox, yox (gülür). "Qarabağ" rəqibi analiz etməkdə mahirdir. Azərbaycanda bu komandanın necə futbol oynadığını tapa bilmirlər. Bu komandaya gələndə gördüklərim mənim üçün də sürpriz oldu. Bizə lazım olan bütün dəstəyi verirlər. Futbolçular yalnız oyunu düşünürlər. Bundan başqa, hazırkı baş məşqçimiz Qurban Qurbanov həm də Azərbaycan milli komandasını çalışdırır.

- "Sportinq"də hansısa futbolçuya qarşı ehtiyatlı oynamağı söyləmisiniz?

- Oyunlara fərdi keyfiyyətlər baxımından hazırlaşmırıq. Həmişə ümumi kollektivi analiz edirik. Belədə isə "Sportinq"in gücü bizə məlum olur. Əla komandamız var. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail