Dünya çempionatında ilk medalımız - Cüdo

22.09.2018 | 4144 dəfə oxunub

Bakıda təşkil edilən cüdo üzrə dünya çempionatında bu gün növbəti görüşlər keçirilib.

Stadium.az xəbər verir ki , Azərbaycanın 3 cüdoçusu tatami üzərinə çıxıb.

Kişilərdən 73 kq çəkidə yer alan Avropa çempionları Rüstəm Orucovla Hidayət Heydərov mübarizə aparıb. 

Qadınların yarışında isə 57 kq çəkidə İçinxorlu Munxtsedev qüvvəsini sınayıb. O, 1/32 finalda almaniyalı Amelie Stollla qarşılaşıb və məğlub olaraq mübarizəni erkən dayandırıb.

73 kq çəki dərəcəsində Rüstəm Orucov ilk görüşündə misirli Məhəmməd Mohyeldinə qalib gəlib. O, 1/32final görüşündə 1 dəqiqə 22 saniyəyə ipponla qələbə qazanıb. 

Avropa çempionunun 1/16 finalda rəqibi Viktor Skvortsovla qarşılaşıb. 27 yaşlı idmançı 1/16 final mərhələsində BƏƏ-dən olan Viktor Skvortsova qalib gəlib. O, 1 dəqiqə 19 saniyəyə ipponla qələbə qazanıb. Orucovun növbəti rəqibi monqolustanlı Tsoqtbaatar Tsend-Oçir olub. 8 dəqiqə 35 saniyəyə  davam edən görüşün əlavə vaxtında monqolustanlı cüdoçu vaazari xalı ilə qalib gələrək, mərhələ adlayıb.

73 kq çəkidə mübarizə aparan digər cüduçomuz Hidayət Heydərov da turnirə qələbə ilə başlayıb. 

O, ilk görüşündə iraqlı Sajjad Seheni yenib. Heydərov rəqibinə ipponla qalib gəlib. Onun 1/16 final mərhələsindəki rəqibi monteneqrolu Sedrik Bessi olub. 21 yaşlı idmançı 2 dəqiqə 15 saniyəyə ipponla qələbə qazanıb. Heydərov 1/8 finalda tacikistanlı Behruzi Xojazoda qalib gəlib. 

İdmançımız 1/4 finalda monqolustanlı Odbayar Qanbaatara qalib gəlib. O, rəqibini vazari xalı ilə üstələyib. Finala gedən yolda Heydərovun rəqibi yaponiyalı dünya çempionu Soiçi Haşimoto olub. 

Yarımfinal görüşün əsas hissəsində qalib müəyyənləşməyib. Lakin əlavə vaxtda Haşimoto ipponla qələbə qazanaraq, finala yüksəlib. Heydərov isə bürünc medal uğrunda görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçirlə qarşılaşıb. Qarşılaşmanın əlavə vaxtında qalib gələn Heydərov bürünc medala sahib olub. Bu, cüdoçularımızın Bakıda keçirilən dünya çempionatında ilk medalıdır



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail