"Belə şeyləri müzakirə etməməliyəm" - Stankoviç

24.09.2018 | 4381 dəfə oxunub

"Qəbələ"nin mərkəz müdafiəçisi Vojislav Stankoviç "Qarabağ" 4-1 hesablı ağır məğlubiyyət yaşadıqları oyundan sonra jurnalistlərin suallarına cavab verib

Oyuna pis başlamadıq və ilk 15 dəqiqədə yaxşı təsir bağışladıq. Sonra isə nə baş verdiyini özümüz də anlamadıq. 1-ci qolu buraxdıqdan sonra üstünlük tamamilə rəqibin tərəfinə keçdi.

- “Qarabağ” meydana demək olar ki, 2-ci heyətlə çıxmışdı. Belə bir komandaya böyükhesabla uduzmaq sizə pis təsir etmir?

- Deyə bilmərik ki, bu məğlubiyyət pis təsir etmədi. Ancaq “Qarabağ” yaxşı, güclü komandadır. Həm əsas, həm də ehtiyat heyətində səviyyəli oyunçuları var. Bir qədər bəxtimiz də gətirmədi. Rəqib 4 qol vurdu, biz isə bircə dəfə fərqləndik. Düşünürəm ki, “Qarabağ” layiqli qələbə qazandı.

- İlk hissədə Araz Abdullayevlə aranızda mübahisə düşdü. Həmin epizodda nə baş verdi?

- Elə ciddi bir şey olmadı. Sadəcə, ikimiz də topa doğru hərəkətləndik və bir-birimizə dəydik.

- Az qala əlbəyaxa olacaqdınız...

- Hə, bir az elə oldu.

- "Qəbələ” 5 turdan sonra son pillələrdə qərarlaşıb...

- Necə olacağını bilmirəm. Mövsümə istədiyimiz kimi başlamadıq. Ötən mövsümün sonunda futbolçuların çoxu komandanı tərk etdi. Yeni oyunçular gəldi. Vəziyyəti yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik. İnanıram ki, növbəti matçda daha yaxşı oynayıb, qələbə qazanacağıq.

- Söz-söhbət gəzir ki, bəzi futbolçular Sənan Qurbanovun işindən razı deyillər. Belə bir şey var?

- Əlbəttə ki, belə deyil.

- Bəs siz özünüz razısınız?

- Təbii ki, razıyam. Baş məşqçiyə qarşı deyiləm. Mən futbolçuyam və belə şeyləri müzakirə etməməliyəm. Məşqçi öz işini görür. Bizim vəzifəmiz onun tapşırıqlarını meydanda yerinə yetirməkdir. Çünki işimiz budur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail