"Kənardakılar qiymət versə yaxşı olar" - Mirabdulla Abbasov

18.11.2018 | 3878 dəfə oxunub

“Çox vacib qələbə oldu. Turnir cədvəli baxımından 3 xal çox əhəmiyyətli idi”.
 
Stadium.az xəbər verir ki, bu sözləri yığmamızın üzvü Mirabdulla Abbasov Millətlər Liqasının qrup mərhələsinin V turunda evdə Farer adalarına 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Millidə debüt edən hücumçu Kosovo ilə səfərdə keçiriləcək görüş barədə danışıb: "Əlimizdən gələni edəcəyik ki, Kosovonu məğlub edib 3 xal qazanaq və qrupu lider başa vuraq”. 
 
- Bizim bacarmadığımız Maltaya bu gün Kosovo 5 qol vurdu. Son turda işimiz necə olacaq?
- Futbolda hər şey ola bilər. Biz də Kosovo ilə burda heç-heçə etmişik. Milli komandamız elə gücdədir ki, rəqibi məğlub edəcək. 
 
- Debüt oyununu necə dəyərləndirirsən?
- Öz oyunumu dəyərləndirməyi sevmirəm. Kənardakılar qiymət versə, yaxşı olar. Əlbəttə, qol vurmaq istəyirdim. Hər bir hücumçu bunu istəyirdi.
 
- Debütündə təkbətək epizodda qol vura bilmədin. Bu həyəcanla bağlı idi?
- Xeyr, həyəcanlı deyildim, sadəcə, hər an qol vurmaq olmur. Həmin epizodda alınmadı.
 
- Kosovo ilə səfər matçında start heyətdə olacağını düşünürsən?
- Məşqçilərin fikridir. Baş məşqçilərin qərarına hörmətlə yanaşıram. Start heyətdə olsam və oyuna sonradan qoşulsam, əlimdən gələni edəcəm. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail