Qurban Qurbanov: "Bizim üçün asan olmayacaq" - MÜSAHİBƏ

25.03.2019 | 5543 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin sualları cavablandırıb:

- Bizim üçün önəmli matç idi. Hazırda yığmaların oyunları keçirildiyi üçün düşərgədə əsas heyətdən cəmi 10 futbolçumuz var. Yoxlama görüşü olsa da, oyunçular məsuliyyətli idilər. Hər iki komanda üçün faydalı oldu.

- Yakub Jezniçakın zədəsi ciddidir?

- Deyilənə görə, çox ciddi deyil. Sabah baxılandan sonra bəlli olacaq. Yəqin 3-5 gün kənarda qalacaq.

- Milli komandanın AVRO-2020-nin seçmə mərhələsində Xorvatiyaya səfərdə 1:2 hesabı ilə uduzduğu matç barədə nə deyə bilərsiniz?

- Normal oyun oldu. İlk matçda futbolçuların istəkli olduqları hiss edilirdi. Çətin oyun olsa da, layiqli mübarizə apardılar.

- Heyət seçimi və ya taktiki baxımdan sizin üçün gözlənilməz nəsə oldu?

- Hər hansı fikir söyləməyim düzgün olmaz. Təcrübəli məşqçidir, ən doğrusunu etməyə çalışıb.

- Yığmaya rəhbərlik etdiyiniz vaxt Maksim Medvedevdən mərkəz müdafiəçisi qismində yararlanırdınız. Ancaq xələfiniz Nikola Yurçeviç onu sağ cinahda saxlayıb, mərkəzdə gənc Rahil Məmmədova şans verdi...

- Rahil mənim dönəmimdə də mərkəz müdafiəçisi kimi oynamışdı. "Qarabağ"da həmin mövqedə çıxış edir.

- Milli bu oyunla Avropa çempionatına vəsiqə qazana bilər?

- Yenə deyirəm, fikir bildirməyim düzgün olmaz. Çox istəkli idilər. Milliyə uğurlar arzulayıram.

- Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib ki, cari mövsümdə "Neftçi" Azərbaycan çempionu olacaq. Bu barədə nə deyə bilərsiniz?

- Mənə heç nə deyilməyib. Belə bir fikir oxumamışam.

- Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsınız. Rəqib uzun müddətdir qələbə qazana bilmir...

- Çətin olacaq. Çünki rəqib qalib gəlməyə çalışacaq. Yəqin ki, fasilədən maksimum yararlanmağa çalışıblar. Bizim üçün asan olmayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail