"Zirə" üçün əlamətdar mövsüm

16.05.2019 | 5302 dəfə oxunub

“Zirə” Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə topladığı 31 xalla çempionatı 5-ci pillədə başa vurub.

Stadium.Az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, dördüncü dəfə Azərbaycanın ən güclüləri sırasında mübarizə aparan “Qartallar” üçün mövsüm ilklə əlamətdar olub. Belə ki, ilk dəfə komanda səfərdə evdəkindən daha çox qol vurub. Mövsüm ərzində rəqib qapılarına 30 dəfə yol tapan “Zirə” öz meydanında 13, rəqib stadionlarında 17 dəfə fərqlənib.

Səfərdəki bu məhsuldarlıq həm də klub tarixinin rekordudur. “Qartallar” heç bir mövsümdə rəqib meydanında bu qədər qol vurmayıb. 2015/16 və 2017/18 mövsümlərində 15 dəfə fərqlənən futbolçular 2016/17 sezonunda meydan sahiblərinin qapısından 11 top keçiriblər.
Qeyd edək ki, “Zirə” cari mövsüm səfərdə bütün komandaların qapısından qol keçirib. “Qartallar” “Sabah”la “Neftçi”yə 4, “Keşlə”yə 3, “Qarabağ”la “Səbail”ə 2, “Sumqayıt”la “Qəbələ”yə 1 qol vurublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail