UEFA-dan "Arsenal"a cavab

17.05.2019 | 5192 dəfə oxunub

UEFA İngiltərənin "Arsenal" klubunun UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə bağlı etiraz məktubuna cavab verib.

Stadium.Az xəbər verir ki, Avropa futbol qurumunun rəsmi saytında dərc edilən məktubda finalın təşkilinin çətin və uzun proses olduğu vurğulanıb:

“UEFA təşkilatçıları təyin etmək öhdəliyini yalnız namizədlərin onların təşkilatçılıq qabiliyyətlərini sübut edəcək meyarları göstərmələri şərti ilə dürüst və şəffaf tender prosesi vasitəsilə öz üzərinə götürüb. Adətən, klub yarışlarının final oyunlarına ev sahibliyi etmək üçün sifarişlərin qəbulu prosesinə bir neçə il öncə başlayır. Bu isə o deməkdir ki, finalın hansı şərtlər altında təşkil edilməsi öncədən bəlli ola bilməz. Əvvəlki finallardakı təcrübələrimiz bizə deyir ki, azarkeş sayı komandalara görə dəyişə bilər. Ona görə də vahid kvota təyin etmək düzgün deyil. Əlbəttə, finalçılar bilinənə və ya güman olunana qədər bilet satışını təxirə salmaq ideal olardı. Bura neytral publika üçün nəzərdə tutulan biletlər də daxildir. Təbii ki, final oyununun yeri seçilən zaman Londonun iki komandası arasında İngiltərə finalının olacağı çox da təxmin edilə bilməzdi. Şübhə yoxdur ki, bu, hadisə loqistika üçün böyük çətinlik yaratdı. Bakıya səfər etmək üçün sizin və Chelsea komandalarının azarkeşlərini problemlə üzləşmələrinə görə təəssüf hissi keçiririk. Əməkdaşlarımız azarkeşlərin daha sərfəli şəkildə finala getmək yollarını araşdırır. Bu baxımdan klubun bizimlə birgə səylərini alqışlayardıq”.

Məktubda bildirilir ki, UEFA üçün fanatlar prioritet məsələdir: "Futbol azarkeşlər üçündür və bütün Avropa futbolun ali imkanlarından zövq almalıdırlar. Belə matçlar adətən klubları rəqabətədavamlı olan məhdud sayda ölkələr üçündür. Amma müvafiq infrastruktur mövcuddursa və bu istiqamətdə işlər görülürsə, digər azarkeşlərə də unikal canlı izləmə təcrübəsi ilə yanaşı, bütün regionlarda futbolun inkişafına əhəmiyyətli dərəcədə dəstək olan tədbirlər keçirmək imkanı vermək ədalətli olardı. Buna görə də UEFA-nın müəyyən stadionları yalnız mərkəzdən kənardakı coğrafi vəziyyətinə görə istisna etməsi tam haqsızlıq sayılardı".

Xatırladaq ki, Arsenal klubu öz saytında yerləşdirdiyi müraciətdə UEFA-nı final üçün Bakını seçməkdə günahlandırmışdı: “Avropa Liqasının finalına yüksəldiyimiz üçün xoşbəxtik və səbirsizliklə mayın 29-unda Chelsea ilə qarşılaşmanı gözləyirik. Buna baxmayaraq, biz UEFA-nın nəqliyyat məhdudiyyətlərinə görə 60 min azarkeş tutumu olan stadionda ən çox 6 min azarkeşimizin olcağına təəssüflənirik. Zaman göstərəcək ki, 6 min azarkeşimiz Bakı səfərinin çətinliyi səbəbindən bizi orda dəstəkləyə biləcək, yoxsa yox. Bizim 45 min abunə olan fanatımız var. Onların böyük bir qismi final matçını buraxacaq, çünki UEFA elə yer seçib ki, daşınma problemi var və bu düzgün deyil. Biz azarkeşlərimizdən bununla bağlı məyusedici mesajlar alırıq.

Azarkeşlərimizi düşünərək, bilmək istəyirik ki, UEFA finallar üçün məkanı hansı göstəricilərə əsasən seçir. Biz növbəti mövsümlərdə UEFA-nı final məkanı seçərkən, daşınma və digər tələblərə xüsusi həssalıqla yanaşmağa çağırırıq. Bu mövsüm baş verən hadisələr qəbuledilməzdir və təkrarlana bilməz. Biz bu vəziyyətdən xilas olmaq üçün gələcəkdə müzakirələrdə iştirak etməyə hazırıq".

Mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda İngiltərənin Arsenal və Chelsea komandaları qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail