"Neftçi"nin Avropa Liqasındakı qazancı nə qədər oldu?

16.08.2019 | 7049 dəfə oxunub

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçında "Bnei Yehuda"ya İsraildə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Neftçi" çıxışını 780 min avro (təxminən, 1,5 milyon manat) qazancla başa vurub.

Stadium.Az xəbər verir ki, paytaxt təmsilçisi I, II və III təsnifat mərhələlərində iştirak üçün həmrəylik ödənişindən müvafiq olaraq 240 min avro, 260 min avro və 280 min avro alacaq.

"Neftçi"dən öncə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Səbail" və "Qəbələ" də mübarizəni dayandırıb. Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Kiprin APOEL komandasını keçə bilməyən "Qarabağ" Avrokubokdakı yoluna Avropa Liqasında davam edəcək. Ağdam təmsilçisi "pley-off"da Şimali İrlandiyanın "Linfild" kollektivi ilə qarşılaşacaq. Azərbaycan çempionu ilk oyununu avqustun 22-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.

UEFA-nın 2019/2020 avrokubok mövsümü üçün maliyyə gəlirlərinin bölgüsü sisteminə əsasən, ÇL-in "pley-off" mərhələsində mübarizəni dayandıracaq klublar arasında 30 milyon avro bölüşdürləcək və hər bir kluba 5 milyon avro çatacaq.

ÇL-in qrup mərhələsinə düşəcək 32 klubun hər biri 15,25 milyon avro qazanacaq. Qrup mərhələsində hər qələbəyə görə 2,7 milyon avro, heç-heçə üçün 900 min avro veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar.

1/8 finala çıxanlar hərəyə 9,5 milyon avro, 1/4 finalçılar 10,5 milyon avro, yarımfinalçılar 12 milyon avro qazanacaqlar. Finalda uduzan komandaya 15 milyon avro, qalibə isə 19 milyon avro çatacaq.

Avropa Liqasının qrup mərhələsinin iştirakçıları hərəyə 2,92 milyon avro, qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar. Qrup mərhələsindəki hər qələbə qarşılığında 570 min avro, heç-heçəyə görə 190 min avro veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Pley-offa çıxanlar 500 min avro, 1/8 final iştirakçıları 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar 4,5 milyon avro, qalib 4 milyon avro qazanacaq.

Super Kubok iştirakçıları hərəyə 3,5 milyon avro, qalib isə əlavə 1 milyon avro əldə edəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail