Təmkin Xəlilzadə: "Bu epizoddan sonra "Xorvatiyaya qol vurmaq olar" deyə özümdə inam yarandı"

10.09.2019 | 971 dəfə oxunub

Millimizin müdafiəçisi Təmkiç Xəlilzadə Avro-2020-nin seçmə mərhəlləsində Xorvatiya ilə Bakıda heç-heçə (1:1) etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Uelslə görüşdən sonra bu oyuna hazırlaşmağa çox da vaxtımız olmamışdı. Britaniyadakı məğlubiyyət bizi bir qədər üzmüşdü. Buraxdığımız qollar, xüsusən, 85-ci dəqiqədə qapımızda gördüyümüz qol bizim səfərdən xalla qayıtmağa olan inamımızın üstündən xətt çəkmişdi. Sevinirik ki, Bakıya döndükdən sonra baş məşqçimiz bizi bu görüşə tam köklədi, hazırlaşdıq və yaxşı nəticə əldə etdik. Düzdü, Xorvatiyanı yaxşı incələmişdik, amma bu rəqibin analizə o qədər də ehtiyacı yox idi. Onların kimlikləri hamıya məlum idi. Dünya ikincisi olmuşdular. Oyunun ilk 10 dəqiqəsi ərzində çoxlu qol imkanları oldu. Lakin qapıçımız Emil Balayev çox inamlı çıxış etdi. İkinci hissədə oyuna girdikdən sonra ilk epizodumda Cavid Hüseynovla "divar ötürməsi" nəticəsində zərbəmi rəqib qapıçı dəf etdi. Bu epizoddan sonra "Xorvatiyaya qol vurmaq olar" deyə özümdə inam yarandı. Sonadək vuruşduq və 1:1 hesablı heç-heçəyə nail olduq. Qolu vurduğuma görə isə çox xoşbəxtəm.
 
- Xorvatiya millisi Bakıya Slovakiya üzərində 4:0 hesablı səfər qələbəsi ilə gəlmişdi. Düşünmürdünüz ki, yenə böyük hesabla uduza bilərsiniz?

- Bu rəqibi Zaqrebdə 1:2 hesabı ilə uduzduğumuz görüşdən tanıyırdıq. Bu, futboldur. 0:5 hesabı ilə uduza və ya 1:0 hesablı qələbə qazana bilərsən. Hər cür nəticə gözləniləndir. Futbol elə yerə gəlib çıxıb ki, hər bir komanda müqavimət göstərməyi bacarır. Meydana çıxarkən həm xalqımıza, həm də dünyaya onu göstərmək istəyirik ki, biz də futbol oynaya bilirik, əl-qolumuzu yanımıza sallamırıq. Sevinirik ki, xal qazandıq.
 
- Sizcə, Xorvatiyaya qalib gəlmək də mümkün idi?

- Qol imkanları rəqibdə də, bizdə də var idi. Son dəqiqələrdə bəlkə də qələbə qolunu vurmaq olardı. Amma olmadı.
 
- Qrupu xalsız da başa vurma ehtimalı var idi. Amma artıq ilk xal qazanılıb. Qrup mərhələsini neçə xalla başa vurmaq olar?

- Növbəti oyunumuz səfərdə Macarıstanladır. Daha sonra Slovakiya ilə səfər və Uelslə ev oyunu olacaq. Qalan 3 maçtda da çalışacağıq ki, xalqımızı sevindirək.
 
- Rəqibin müdafiə xəttini yararaq vurduğunuz qolla bağlı nə deyə bilərsiniz?

- Özümə çox inanırdım. Məşqlərdə də belə epizodlar üzərində çox işləyirdik. Sevinirəm ki, alındı.
 
- Gələcək oyunlarda daha irəli mövqelərdə oynamağın mümkündür?

- Buna məşqçilər heyəti qərar verəcək. Hansı mövqeyə buraxsalar, milli komanda üçün əlimdən gələni etməyə hazıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
"Qarabağ" - APOEL görüşü - biletlər satışda
Son xəbərlər

21.10.2019

10:47  "Liverpul"un xal itkisi VİDEO

10:40  "İnter"in qələbəsi VİDEO

20.10.2019

16:42  "Neftçi" - "Zirə" -HEYƏTLƏR

19.10.2019

19:08  "Keşlə" - "Sabah" -HEYƏTLƏR

16:42  "Qarabağ" - "Qəbələ" -HEYƏTLƏR

18.10.2019

16.10.2019

18:19  "Qarabağ" - APOEL görüşü - biletlər satışda

15.10.2019

19:22  Azərbaycan - İsveçrə -HEYƏTLƏR

14:06  "Ronaldo nə deyirdisə, hakim əməl edirdi" - Ukraynalı futbolçu

14:06  Bolqarıstan - İngiltərə görüşündə qalmaqal - oyun iki dəfə dayandırıldı

11:56  Kosovonun qələbəsi VİDEO

14.10.2019

12:03  Uelsdə ciddi itki - millimizlə görüşü buraxacaq

11:47  "Biz üzr istəməli deyilik" - Macar futbolçu

13.10.2019

22:00  Millimiz məğlub oldu - Yenilənib

18:41  Macarıstan - Azərbaycan -HEYƏTLƏR

08:37  İsveçdən darmadağın VİDEO

08:20  İtaliyanın qələbəsi VİDEO

12.10.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi