"İstəmirdik ki, o əski yerə ensin" - Rəşad Sadıqov

04.10.2019 | 1198 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə Lüksemburqun "Düdelanj" klubunu 4:1 hesabı ilə məğlub edən Azərbaycanın "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov oyundan sonra müsahibə verib

Stadium.az xəbər verir ki, Ağdam klubunun 37 yaşl müdafiəçisi öncə oyunu şərh edib: - Həqiqətən də gözlənilməz nəticə oldu. Rəqib ilk oyunda APOEL-i 4-3 hesabı ilə udmuşdu. Çox ciddi hazırlaşmışdıq. İlk dəqiqələrdən aqressiv oynamağa çalışdıq. Rəqibə oynamağa imkan verməməyə çalışdıq. Çünki topla rəftar edən komandadır. Kifayət qədər qol şansları oldu. Mühüm olan qələbədir. Böyük hesabla qalib gəlmək önəmlidir. Çünki ilk turda 0-3 hesabı ilə uduzmuşduq.

- Son matçlarda çıxış etmirdiniz. Bunun səbəbi nə idi?

- Xəstələnmişdim. Bakıda virus dolaşır. Məşqlərdən kənarda idim. Qurban müəllim hər ooyunçunun tam hazır olmasını istəyir. Bu, onun iş prinsiplərindən biridir. Mənə nə zaman etimad göstərsə, hazıram meydana çıxmağa. Şans verdi və bundan istifadə etməyə çalışdım.

- İkinci qoldan sonra təxribata əl atıldı. Həmin anlar barədə fikirləriniz necədir?

- Gözlənilməz oldu. İkinci qoldan sonra gördüm ki, qapımızın üstündən dron uçur və üzərində bayraq var. Bayraq dedim, bunu əski adlandırardım. Onun dalıycan qaçmağa başladım ki, o yerə enməsin. Heç enmədi də. Hakimə yaxınlaşdıq ki bu yerə enməməlidir. Hakim dedi ki, sizi başa düşürəm, amma meydandan çıxmalısınız. Əvvəlcədən razılaşmırdıq. İstəmirdik ki, yerə ensin. Hakim (Con Biton) də anlayan insan idi. Bizə qarşı sərt olmadı. Çalışdıq ki, əski parçası yerə düşməsin. Fasilə elan verildi. Lüksemburqun idman naziri bizdən üzr istədi. Ona dedik ki bu, həsas məsələdir. Qondarma bayraq qalxsa, oynamayacağımızı dedik. Qurban müəllim bizimlə söhbət etdi. O dedi ki, təxribat bizə təsir etməməlidir, 3 xal önəmlidir bizim üçün. Aqressiya olmadan oyuna davam etməli idik. Hakim bizə son xəbərdarlığı etdi ki, belə şey olsa, oyunu dayandıracam. Fasilədən sonra qırmızı və sarı vərəqələr almadıq. Çox legionerimiz olsa da, onlar da bu məsələyə ciddi yanaşdı. İkinci hissədə bu hal təkrarlanmadı. Konsentrasiyamız pozulmadı. Hamı var qüvvəsi ilə mübarizə apardı.

- Bir an hamı azərbaycanlı azarkeşlər tərəfə getdi.

- O məqamlar çox qarışıq idi. Bizi də itələyirdilər. Ehtiyat oyunçular ora getmişdi. Çalışdıq ki sakitləşək, paltardəyişmə otağına gedək. Hər jest və əl hərəkəti kartla nəticələnir.

- Bu qələbə ilə qrupdan çıxmaq yolunda inamlı addım atdınız?

- Hamı qrupdan çıxmaqdan danışır. Kimsə “Qarabağ”ı sevirsə, qrupdan çıxmağını istəyirsə, bu barədə danışmasın. Qarşıdakı oyunlarla bağlı fikir bildirsinlər. Futbol ictimaiyyəti, azarkeşlər və futbolçular APOEL-lə oyunu düşünməlidir. Qrupdan çıxmağı fikirləşməsinlər. Bu, hamıya aiddir. Hər oyuna final kimi yanaşmalıyıq. Qrupdan çıxmağı düşünmək yalnız komandanın ziyanına olacaq. Oyunda-oyuna fikirləşməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

17.02.2020

14:16  "Azərbaycanda çox qalmaq istəmirəm" - Ramil Şeydayev

16.02.2020

20:50  "Neftçi" və "Səbail"dən qələbə - YENİLƏNİB

18:27  “Neftçi” - “Keşlə” - HEYƏTLƏR

15:40  “Səbail” - "Qəbələ" - HEYƏTLƏR

15.02.2020

23:30  "Amyen" - PSJ - 4:4 VİDEO

15:54  "Sumqayıt" - "Sabah" - HEYƏTLƏR

14:12  "Qarabağ" - "Zirə" -HEYƏTLƏR

01:35  13-cü duel

13.02.2020

18:51  Hakim Ziyeş "Çelsi"də - Rəsmi

12.02.2020

11.02.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ