Ramil Şeydayevdən sərt etiraz: "Sənin kimilər milli formanı geyinməməlidir"

21.11.2019 | 6050 dəfə oxunub

Avropa çempionatının seçmə mərhləsinə Slovakiyada yekun vuran Azərbaycan millisinin düşərgəsində qalmaqal yaşanıb.

Stadium.az xəbər verir ki, görüşün fasiləsində komandamızın paltardəyişmə otağında futbolçular arasında dava düşüb. Ramil Şeydayev ilk hissədə qeyri-fəallığı ilə yadda qalan Eddi İsrafilova sərt etirazını bildirib. Eddiyə passiv və istəksiz oynamasını irad tutan Ramil "sənin kimilər bu formanı geyinməməlidir" deyib. İsrafilov komanda yoldaşına "sən mənə heç nə deyə bilməzsən" cavabı verincə, ara qarışıb. Şeydayevin müdafiəsinə qalxan Qara Qarayev Eddiyə tərəf gedib. Bu zaman digər futbolçular araya girərək, onların əlbəyaxa olmasının qarşısını güclə alıb. Nikola Yurçeviç həmin vaxt içəridə olsa da, mübahisəyə qarışmayıb, sakitcə bir kənara çəkilərək yaşananları izləyib. İsrafilov bundan hiddətlənərək, formasını əynindən çıxarıb və "mən meydana çıxmıram" söyləyib. Onu duş qəbul etməyə getdiyini görən baş məşqçi Elvin Camalova ikinci hissədə meydana çıxmağı tapşırıb.

Ramil Şeydayev "Qafqazinfo"ya açıqlamasında yaşananları təkzib etməyib: “Bu suala cavab vermək olmaz”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail