Donald Gerye Qurban Qurbanovu təriflədi - MÜSAHİBƏ

24.01.2020 | 6380 dəfə oxunub

"Neftçi"nin futbolçusu Donald Gerye "Footballski" nəşrinin suallarını cavablandırıb:

- Zəhmət olmasa, özünüzü tanıdın və karyeranız haqqında məlumat verin...

- Mən haitiliyəm. Karyerama Haitinin "Violette" klubunda başlamışam. Daha sonra ölkəmdə "America des Cayes"də çıxış etmişəm. Orada isə Polşanın "Visla" (Krakov) klubuna keçmişəm. Orada 4 il oynadım. 77 oyun keçirdim və 20 qol vurdum. Azərbaycana getməzdən öncə "Alanyaspor" üçün Türkiyəyə getdim. "Qarabağ"da cinahda və mərkəzdə çoxlu oyunlar keçirdim. Orada 6 qola imza atdım. "Qarabağ"la müqaviləm başa çatdı və "Nefçti"yə keçdim.

- "Visla"dakı vaxtlarınızdan ötrü darıxırsınızmı?

- Bəli (gülür). Hər şeydən ötrü darıxıram. Həmin vaxt gənc idim. Hələ bilmədiyim şeylər var idi. Böyüdüm və "Visla" haqqında öyrəndim. Azarkeşlərdən ötrü çox darıxıram. Qışqırdıqları zaman oyuna təsir edirdilər. Hamısından darıxıram.

- Həmin vaxtın ən yaxşı xatirəsi nədir?

- "Korona"ya qarşı möhtəşəm bir oyun. 35 metrdən qol vurdum. Qol vurandan sonra insanları təəccübləndirdim və çox da sevinmədim. Əvvəllər də gözəl qollar vurmuşdum. Düşünürdüm ki, yeniləri də olacaq.

- Haitidən Polşaya getmək elə də çox rast gəlinən hal deyil. Avropada ilk təcrübəniz necə oldu?

- Mən sahildəki bir şəhər olan "America des Cayes"də oynamışam. Cayes Haitidə üçüncü böyük şəhərdir. Buraya Porta Piment kimi kiçik bir şəhərdən gəlmişəm. İspaniyaya qarşı yoldaşlıq oyunu keçirmişdik. Hər kər rəqibin bizi çox məyus edəcəyini düşündü. Amma elə olmadı, 1:2 hesabı ilə uduzduq və mən qol vurdum. Bu qoldan sonra təklif aldım, "Vilsa"nı seçdim. Oraya oynamaq və inkişaf etmək üçün getdim. Pulu düşünmədim. Daha çox pul təklif edən klublar var idi. Ancaq mənə tutarlı oyun vaxtı vəd etmədilər.

- Çıxış etdiyiniz ölkələrin çempionatlarındakı oyunlarda hansı fərqlər var?

- Böyük fərq var. Polşada əsasən fiziki oyuna üstünlük verilir. Azərbaycanda isə "Qarabağ"ı nümunə kimi götürsək, bu komanda topla gözəl oynayan yaxşı komandadır. Fərq budur. Hətta mən "Qarabağ"la Çempionlar Liqasının qrup mərhələsində oynasam da, Polşa çempionatı Azərbaycan Premyer Liqasından daha yüksək səviyyədədir.

- Sizin agentiniz var?

- Əvvəllər bir agentim olub. İndi isə təkəm. Agent mənə müqavilə təklif etdikdə, o, öz faizini, mən də öz payımı götürürəm. Agent sizinlə bir sövdələşmə edə bilər. Ancaq siz heç də hər şeyi mütləq bilmirsiniz. Yəni, mütləq ağıllı deyilsiniz.

- Azərbaycanda sizi necə qarşıladılar?

- Azərbaycanda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov kimi sadə vətəndaşlar da məni salamladılar. Qurban Qurbanov çox yaxşı məşqçidir.

- Siz Qurban Qurbanov haqda daha çox məlumat verə bilərsiniz?

- Yaxşı insandır, yaxşı məşqçidir. Onun xarakteri var. O, futbolçular üçün ata kimidir. Hər zaman oyunçuların yanındadır. Onun sayəsində Azərbaycanda uğur qazandım. Azərbaycan Premyer Liqasında ən yaxşı əcnəbi sol cinah müdafiəçisi kimi tanındım. Qurbanov məni çox çalışdırdı. Nə əldə etmişəmsə, ona borcluyam. Yadımdadır, "Qarabağ"a transfer olanda mənə demişdi: "Mənə qulaq assan və kömək etsən, mən də sənə kömək edəcəyəm". O, haqlı idi.

- "Neftçi"də Fransa əsilli futbolçular çoxdur...

- Bəli, Soni Mustivar Haitidəndir. Mamadu Mboc, Stiven Josef-Monroz və Baqali Dabo. Paltardəyişmə otağında musiqinin qayğısına qalırıq. Məşqlərdə musiqi dinləmək üçün səsgücləndirici gətirirəm. Oyunlar zamanı isə bu işə Monroz nəzarət edir. Hər kəsin öz rolu var. Mən bura gəldiyim ilk vaxtlarda, paltardəyişmə otağında, idman zallarında musiqi yox idi. Baş məşqçinin yanına getdim və musiqinin onu narahat edib-etmədiyini soruşdum. Musiqisiz həyat yoxdur.

- Klubda necə danışırsınız?

- Klubda bir tərəfdə fransız, digər tərəfdə isə rus dilində danışanlar var. Ruslar ingilis dilində bilmirlər, yalnız türk və Azərbaycan dilində danışırlar.

- Komandanın məqsədləri nədir?

- Çempion olmaq və Avropada ön pillələrdə oynamaq istəyirik.

- Çempionlar Liqasında necə oynadınız. Daha tez-tez oynamaq üçün nəyə ehtiyacınız var?

- Bu gün "Qarabağ" üçün ən çətin şey o dövrdə yaşadığımız eyni zehniyyətə sahib olmaqdır. İndi oynayan oyunçular sona qədər mübarizə aparmalıdırlar. Biz səfərdə oynayanda "qalib gəl" və ya "heç-heçə et" deyilirdi. Ancaq səfərdə məğlub olmaq istəmirdik. "Neftçi"də idman direktoru ilə görüşdüm ki, fikirlərimi ona izah edim. Məni başa düşdü. Mən sadəcə bir şey üçün buradayam: qazanmaq üçün! Hər kəsdən soruşa bilərsiniz, məşq edərkən hər şey edirəm. Məşqdəkiləri oyunda reallaşdırırıq. Məşqdə əylənmək üçün orada olmuram.

- "Qarabağ"dan sonra niyə "Neftçi"yə keçdiniz?

- Təkliflərim çox idi. Türkiyə, Fransa, Yunanıstan, Taylan, hətta MLS-dən də təklif oldu. İsveçtə "Sürix"inə keçməyə yaxın idim. Amma rəhbərlər mənim gözləməyimi, gözləməyimi və yenidən gözləməyimi istədi. Təhlükəsiz bir şey istədim və "Neftçi"ni seçdim.

- Niyə 77 nömrəni seçdiniz?

- "America des Cayes"də 7 nömrəli formanı geyinmişəm. Bu mənim ən sevdiyim nömrədir. Sonra "Visla"da bu nömrəni istədim. Bu Polşa təmsilçisinin əfsanəni futbolçusu Radoslav Sobolevskinin nömrəsidir. Beləliklə 77-ni götürdüm. Bu nömrə ilə 77 oyun keçirdim və 20 qol vurdum. Buna görə də Türkiyədə başladığım "77 Donald Guerrier" forma kolleksiyası saxlamağa qərar verdim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail