I Divizion dayandırıldı, "Turan Tovuz" çempion elan edildi

01.06.2020 | 4673 dəfə oxunub

Xüsusi karantin rejimi nəzərə alınaraq, bu gün AFFA-nın İcraiyyə Komitəsini üzvlərindən telefon zəngi vasitəsilə I Divizion, Gənclər Liqası və digər məsələlər barədə münasibət öyrənilib.
 
Stadium.Az AFFA-nın saytına istinadən xəbər verir ki, aparılmış geniş müzakirələrdən sonra səs çoxluğu ilə aşağıdakı qərarlar qəbul olunub:

1. I Divizionda çıxış edən klubların müxtəlif regionları təmsil etməsi, yay mövsümü ilə əlaqədar oyunların axşam saatlarında keçirilməsi zərurətinin yaranması və bəzi stadionlarda infrastrukturun (işıqlandırma sisteminin) müvafiq tələblərə cavab verməməsi, iştirakçı klublarla aparılmış müzakirələr nəzərə alınaraq, I Divizionda mövsüm dayandırılsın, hazırkı turnir cədvəlinə uyğun olaraq qalib elan olunsun.
 
2. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar təxirə salınmış Gənclər Liqasında oyunların keçirildiyi stadionlarda infrastruktur amilləri nəzərə alınaraq, mövsüm dayandırılsın, hazırkı turnir cədvəlinə əsasən qalib elan olunsun.
 
3. Premyer Liqada və Azərbaycan kuboku uğrunda yarışda oyun ərzində 5 əvəzetməyə icazə verilməsi təsdiqlənsin (FIFA-nın tətbiq etdiyi yeni qaydalara uyğun olaraq).
 
4. Premyer Liqa oyunlarının bərpasından 48 saat əvvəl klubların məşqçi və futbolçu heyəti COVİD-19 testindən keçirilsin.
 
Qeyd: Premyer Liqa, I Divizion və Gənclər Liqası ilə bağlı məsələlər müvafiq klublarla da müzakirə olunub və klublar tərəfindən müsbət münasibət bildirilib.

Bununla da "Turan Tovuz" liqanın çempionu elan edilib.

Turan Tovuz17121429-1837
2Səbail-218106230-1136
3Zaqatala17112436-1635
4Sabah-218102629-1932
5Neftçi-21885527-1529
6Kəpəz1884623-1928
7Keşlə-21774628-2225
8Sumqayıt-21773719-2424
9Qarabağ-21773736-2124
10MOİK1654719-2219
11Ağsu18411313-4513
12Zirə-217321218-4111
13Qaradağ Lökbatan18211510-447

BOMBARDİRLƏR:

Musa Qurbanlı ("Qarabağ-2") - 15 qol
Elmir Rəhimzadə ("Keşlə-2") - 11 qol
Famil Camalov ("Zaqatala") - 11 qol
Vidadi Cəfərov ("Səbail-2") - 7 qol
Elçin Qasımov ("Turan Tovuz") - 7 qol
Bahadur Həziyev ("Səbail-2") - 6 qol
Tural Qürbətov ("Kəpəz") - 6 qol
Tapdıq Əhmədov ("Zirə-2") - 6 qol
Zahid Mərdanov ("Sabah-2") - 6 qol
 

 

Qeydlər: İntizam Komitəsinin qərarına əsasən II turda "Sumqayıt-2" komandasına 0-3 hesablı texniki məğlubiyyət verilib. Birinci dövrədən sonra "Ağsu" komandası yarışda çıxışını dayandırdığına görə ikinci dövrənin bütün oyunlarında 0-3 hesablı texniki məğlubiyyət alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail