Canni De Byazi: "Azərbaycana pul üçün gəlmirəm" - MÜSAHİBƏ

11.07.2020 | 6828 dəfə oxunub

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin müsahibəsini təqdim edirik:

- Sizi artıq Azərbaycan millisinə baş məşqçi təyinatınızla bağlı təbrik etmək olar?

- Əlbəttə, məni təbrik edə bilərsiniz. Ümid edirəm ki, işim uğurlu alınacaq.

- Bir müddət öncə İtaliyada olmadığınızı demişdiniz. Hər kəs Bakıya gəldiyinizi düşünürdü. Maraqlıdır, hazırda haradasınız?

- İndi İtaliyadayam.

- Bakıya nə vaxt gələcəksiniz?

- Ola bilər ki, avqustun ilk günlərində ölkənizdə olum.

- İtaliya mətbuatında Benni Karbone və Klaudio Beluççinin köməkçiniz olacağı yazılıb...

- Bəli, doğru məlumatdır.

- Bəs Ansi Aqolli?

- İndiki halda bu, mümkün deyil. Çünki klubu ilə müqaviləsi var.

- Gələcəkdə bu istəyiniz reallaşa bilər?

- Bəli, Aqollini məşqçilər korpusunda görmək istərdim.

- Mətbuatda Azərbaycan millisindəki 1,5 il müddətində məvacibinizin 900 000 avro olacağı ilə bağlı xəbərlər yayılıb. Hətta əlavə mükafat alacağınız da vurğulanıb. Bu, nə dərəcədə doğrudur?

- Bu, həqiqət deyil. Bilirsiniz mənim üçün ən vacib olan nədir? Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm.

- UEFA Millətlər Liqasında şansları necə qiymətləndirirsiniz?

- Qrupdan çıxmaq bir çox amillərə əsaslanır. Qrupda ilk pilləni tutmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail