Canni de Byazi: "Azərbaycan millisi nəticə qazanmaq istəyirsə 110 faiz gücünü ortaya qoymalıdı" VİDEO

14.07.2020 | 9191 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunacaq Canni de Byazi görəcəyi işlər barədə danışıb.

Stadium.Az xəbər verir ki, İTV-də yayımlanan “Bol idman” velişinə müsahibəsində italiyalı mütəxəssis bildirib ki, hər şeydən əvvəl hər birimizin fikrində bizdən əvvəl heç kəsin yüksəlmədiyi bir nöqtəyə gəlib çatmaq arzusu olmalıdır: “Bunun üçün qətiyyət, istək, azad düşüncə və ən əsası hamılıqla bir komanda olmağı bacarmaq lazımdır. Mən hər zaman bildirmişəm, komanda yalnız meydandakı 11 nəfərdən və ehtiyat oyunçulardan ibarət deyil. Federasiya, hətta ofis daxili işçilərlə birlikdə yaradılmış komanda qalib komandadır. Azərbaycan millisi nəticə qazanmaq istəyirsə, hər zaman 100 deyil, 110 faiz gücünü ortaya qoymalıdır.

Mənim iş fəlsəfəm əsasən tez bir zamanda yerli insanların mentalitetini, ideallarını, istəklərini, fərdi xüsusiyyətlərini öyrənərək onlarla əlaqə qurmaqdır. Bunları öyrənərək mən də Azərbaycan xalqının bir parçası olmaq istəyirəm. Əgər mən bir fəaliyyətin bir hissəsi olmağı bacararımsa, o zaman öz gücümün 110 faiz ortaya qoya bilirəm. Ümid edirəm ki, Azərbaycanla bunu bacaracağam. Bunu etməyə yetərli qədər istəyim və motivasiyam var. Biz hamımız – jurnalistlər, məşqçilər, azərkeşlər bir məqsəd üçün çalışırıq – inkişaf etmək və bacardığımız qədər irəli getmək.

Məlumdur ki, hazırda Azərbaycanda karantin davam edir. Məndən olsa, maksimum tez bir müddətdə Bakıya gəlib öz işimə başlayaram. Çünki vaxtımız azdır. Ən tez müddətdə oyunçularla danışmalıyam, onların nə düşündüklərini bilməyiləm və əmin olmalıyam ki, onlar da hər kəsi heyrətə gətirəcək fövqalədə komandanın bir hissəsi olmağı arzulayır. Fövqalədə iş görmək üçün çox şey etməyə ehtiyac yoxdur, öz işinə ürəklə yanaşmaq yetər. Düşünürəm ki, əsas məsələ məqsədlərə çatmaq üçün buna doğru düzgün yol seçib irəliləməkdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail