DÇ-2022-nin formatı dəyişdirilir

19.09.2020 | 4316 dəfə oxunub

Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatının qitələr üzrə seçmə mərhələsinin formatı dəyişdirilə bilər.

Stadium.Az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino açıqlama verib. İsveçrəli funksioner pandemiya aradan qalxmayacağı və zəifləməyəcəyi təqdirdə, normal futbol oynanılmayacağından narahatlıq ifadə edib. O, yığmaların oyunlarının Avropada bərpa olunması münasibətilə UEFA-nı təbrik edib. İnfantino oktyabrdan Cənubi Amerika qitəsində də seçmə matçların keçirilməyə başlayacağını xatırladıb.

FIFA prezidenti üzərində işlədikləri oyunlara qayıdış protokolunun gələn həftə hazır olacağını açıqlayıb: "Biz yığmaların oyunları üçün yeni pəncərəni 2022-ci ilin yanvarına proqnozlaşdırırıq. Seçmə matçlar əvvəlki kimi martadək yox, iyunadək davam edəcək. Belə bir faciəvi situasiyada bəxtimiz gətirdi ki, dünya çempionatı noyabr - dekabrda olacaq. Bu, bizə bütün dünyada təsnifat mərhələlərini keçirmək üçün bir qədər çox vaxt verəcək".

İnfantino bildirib ki, dünya çempionatı planetin ən vacib yarışı kimi təkcə FIFA deyil, bütün ölkələr üçün prioritetdir. O, seçmə oyunların lazım gəlsə, digər tarixlərdə də təşkilinin mümkünlüyünü dilə gətirib: "Avropada 2 oyun əvəzinə 3-nün eyni pəncərədə təşkili təcrübəsi var. Bunun necə alınacağına və digər yarışlarda istifadəsinin mümkünlüyünə baxacağıq. Digər konfederasiyalar üçün başqa bir plan matçların ev və səfər prinsipi ilə deyil, bir yerdə keçirilməsidir. Biz əmin olmalıyıq ki, seçmə oyunlar keçiriləcək və 2022-ci ildə bizi fantastik dünya çempionatı gözləyəcək".

DÇ-2022 üçün Avropa zonası üzrə seçmə mərhələnin keçirilmə tarixi hələ təsdiqlənməyib. Bu tsikl Cənubi Amerikada oktyabrda, Şimali Amerika və Okeaniyada 2021-ci ilin martında başlayacaq. Asiya və Afrikada təsnifat oyunları 2019-cu ildə start götürsə də, koronavirus pandemiyası üzündən dayandırılıb və 2021-ci ildə bərpa olunacaq. Dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail