Elmar Baxşıyev: "Çox razıyam"

20.09.2020 | 4508 dəfə oxunub

“Oyun maraqlı alındı. Çempionatın liderlərindən birinə qarşı oynayırdıq. Heyətinə görə “Keşlə” ön pillələrdə gedə biləcək komandadır. “Sabah”la görüşdən sonra komandanı qələbəyə hazırlayırdıq və üç xal qazanacağımıza inanırdıq”.

Stadium.Az xəbər verir ki, bu sözlər “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 3-cü turunda “Keşlə” oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib. O, komandasından razı qaldığını bildirib:

“Oyunun keyfiyyətinə gəlincə, çox razıyam. Meydanda istədiyim komandanı görə bilirəm. İnanıram ki, oyunlar getdikcə hücum planında daha məzmunlu oyun nümayiş etdirəcəyik. Nikolas Raysel bizim üçün önəmli futbolçulardan biridir. Futbol emosiyalar oyunudur. Qırmızı vərəqəni də emosiyalarla bağlayardım. Onunla danışıqlarımız olacaq və belə halların təkrarlanmayacağına ümid edirəm. İkinci hissədəki oyunu fiziki hazırlıqla əlaqələndirməzdim. Azlıqda qalandan sonra mövqe vermədiksə, hazırlıqda problem yoxdur. İlk yarıda dominant futbol göstərməyə çalışdıq, oyunu pressinqdə qurmuşduq. Komandanın ikinci hissədəki çıxışı normaldır. Getdikcə daha yaxşı olacağına inanıram. Rafael Utziq iki gündür bizə qoşulub. Ona uyğunlaşmaq üçün vaxt lazımdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail