Füzuli Məmmədov: "Bizə zaman lazım idi, mən bütün futbolçularıma inanıram"

21.09.2020 | 4681 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 3-cü turunda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Bu qələbəmizi bütün neftçilərə və komandamızın azarkeşlərinə həsr edirik. Avropa Liqasının oyunundan sonra komandada yorğunluq var idi. Çalışdıq ki, oyunçuları maksimum hazırlayaq. Komandamız bu gün meydanda əzmkarlıq göstərdi. Futbolçularımızı və azarkeşlərimizi təbrik edirəm. Bu qələbə bizim üçün çox vacib idi

- "Neftçi" bu gün güclü idi deyə qələbə qazandı, yoxsa "Qarabağ"ın fiziki yorğunluğundan istifadə etdi?

- Hər iki komanda yorğun idi. "Qarabağ"ın uzun yoldan gəlməsini də qeyd edərdim. Rəqibin zəif olduğunu deməzdim. Amma bu gün futbolçular meydanda mübarizə aparıb qələbə qazandılar.

- Tallison nə üçün ehtiyatda qalır?

- O, özünə çox diqqət yetirən futbolçudur. Bu oyunda limitə görə ehtiyatda qaldı.

- Prins İbara hücum xəttini gücləndirəcək futbolçudurmu?

- O, çox güclü futbolçudur. "Qalatasaray"la oyundan sonra da çox yorulmuşdu. Bu, onda hiss olunurdu. Mirabdulla Abbasovun həm davranışı, həm də oyuna münasibəti çox dəyişib. Belə davam etsə, əsas heyətin oyunçusuna çevrilə bilər.

- Sizə elə gəlmirmi ki, Anton Krivotsyukun yoxluğu "Neftçi"yə faydalıdır?

- Anton bizim vacib futbolçumuzdur. Səhvsiz oyunçu yoxdur. "Sumqayıt"la oyunda problemlərimiz var idi, amma indi bunlar aradan qalxıb. Bizə zaman lazım idi, mən bütün futbolçularıma inanıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail