"Qarabağ"ın evdə 50-ci məğlubiyyəti

21.09.2020 | 4046 dəfə oxunub

“Qarabağ” Azərbaycan çempionatlarında 50-ci ev məğlubiyyətini alıb. Bu, Premyer Liqanın III turunun “Neftçi” ilə matçına təsadüf edib. Ağdamlılar ev oyununda 1:2 uduzub. Bu qarşılaşmayadək öz meydanında keçirdiyi 393 görüşdə 49 dəfə xalsız qalan “Qarabağ” yubiley məğlubiyyətinə üzülüb.

Bununla həm də Ağdam təmsilçisinin 10 matçdan ibarət məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə ötən il noyabrın 22-də “Sumqayıt”la səfər qarşılaşmasında uduzub – 1:2. Son çempion dekabrın 6-dan sonra ilk dəfə qol buraxıb. Ağdamlılar “Keşlə”ylə (2:2) matçdan sonra ardıcıl 8 quru oyun keçirib.

“Qarabağ”ın həm də evdəki məğlubiyyətsizliyi sona çatıb. “Səbail”lə qarşılaşmadakı texniki nəticəni nəzərə almasaq, ağdamlılar öz meydanındakı ardıcıl 24 matçda uduzmamışdı. Qurbanovun yetirmələri sonuncu dəfə 868 gün öncə - 2018-ci il mayın 6-da “Neftçi”yə 0:1 hesabı ilə yenilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail