Xuliqan "Forza Neftçi"dir, yoxsa "Neftçi"nin baş məşqçisi?

07.04.2017 | 13084 dəfə oxunub

"Qarabağ" ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Neftçi" ilə qolsuz bərabərə qalaraq, ilk oyunda qazandığı 2:0 hesablı qələbə sayəsində finala yüksəldi. Oyundan sonra yaşananlar isə tam bir xuliqanlıq idi. Söhbət, konkret olaraq "Neftçi"nin baş məşqçisi Elxan Abdullayevin mətbuat konfransındakı çıxışından gedir.

Adam, illərdi yağış, qar, soyuq demədən daim komandanın yanında olan "Forza Neftçi" azarkeş qrupuna dil uzadaraq onları xuliqan adlandırdı. Jurnalistin ona üznvanladığı "bu fikirlərinizdən sonra sizə yönələcək təzyiqlərdən qorxmursunuzmu?" sualına "qəhraman" cavabında " 15-16 yaşlı körpələrdənmi qorxacam" cavabını verdi.

Elxan bəy, 15-16 yaşlı körpə deyib təhqir etdiyiniz azarkeş qrupunda, elə mənim tanıdığım, ömrünün 20-30 ilini "Neftçi" üçün tribunalarda çürüdən stajlı "Neftçi" sevərlərin sayı N qədərdir. Gözünüzdə körpə görsənən o insanlar "Neftçi" üçün həyatlarından keçiblər. "Neftçi" tribunasını öz evləri biliblər. Həbs demədən, pulsuzluq demədən, yorulmadan, usanmadan, hətta ac-susuz belə "Neftçi" yollarında qalıblar. Onlar bunu sizə görə yox, sevgisi ilə qəlblərində taxt quran "Neftçi" üçün ediblər. Onların sevgisi, Sizin saxta iftiranız, təhqirinizlə nə azalandı, nə də itən.

Onların klub uçun etdiklərini sadalamaqla bitməz. Bəs siz "Neftçi" üçün nə etmisiniz? Niyə bu sualı özünüzə vermirsiniz? Özünüzün özünüzə bu sualı verməyi cəhənnəm, bunu  sizə ünvanlayan jurnalistlərə bir dəfə də olsun doğru-dürüst cavab verdiyiniz olubmu?

Image result for elxan Abdullayev

Əlinizi vicdanınıza qoyub doğru danışacaqsınızmı? Hər dəfəsində komandadan razı qaldığınızı, zamanla hər şeyin düzələcəyini deyirsiz. Hansı razılıqdan danışırsan ki, "Neftçi" son oyunda bir real qol epizodu yarada bilməyib. Komandaya gələndən sonra onlarla əcnəbini yola salıb, elə eyni sayda və hətta daha çoxunu gətirdiniz. Antalyada dillərə sığmayacaq təriflə toplanış keçirdiniz. Hazırladığınız komandanı "Qarabağ" gəzə-gəzə əzərək finala çıxdı. Büdcəsi büdcənizə yaxın belə düşməyən "Zirə"si, "Sumqayıtı" sizi əzib cədvəldə önə çixdı. Cavab verib təsdiqləməli, acıda olsa qəbul etməli olduğunuz məqamlar bunlar deyilmi? Əsl xuliqanlıq pulları havaya sovurub, amma bir qəpiklik nəticə verə bilməmək deyilmi? Əsl xuliqanlıq "Neftçi" ilə "Qəbələ", "Qarabağ" kimi klublarla yox, "Zirə" "Sumqayıt" kimi rəqiblərlə mübariz aparmaq deyilmi? Hörmət(siz)li Elxan, bəlkə elə əsl xuliqan "Forza Neftçi"də olanlar yox, məhz elə sizsiniz? Sadaladıqlarım buna dəlalət etmirmi? Unutma, uğura gedən yol bir neçə qapıdan keçir. Onlardan biri isə azarkeş tribunasının qapısıdı. Necə ki, zamanında bunu Sadıq müəllimi, Tahir müəllimi çox gözəl bilirdi. Amma siz o qapını üzünüzə bir də açılmayacaq formada çırpdınız. Amma çox çəkməz ki, "Neftçi" qapısı sizin üzünüzə çırpılar.

P.S. Məsəli "Forza Neftçi"dən uzaq, bax, burda deyiblər: Kor, kora, kor deməsə, ürəyi çatlar! 

Xanoğlan İmanov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

22.09.2018

21.09.2018

18:36  "Bir az vaxta ehtiyac var" - Karikari

18:34  4-cü tura yekun vuruldu - Birinci divizion

15:23  "Qarabağ"da xoşbəxtəm" - Slavçe

15:08  "Qarabağ" çox yaxşı oynadı - "Sportinq"in futbolçusu

09:56  "Qarabağ" Bakıda - Foto

09:52  "Əsas odur komandaya xeyir verəsən" - Rəşad Sadıqov

02:00  "Gerye yaxşı oyunçudu, amma Miçeli də unutmaq olmaz" - "Sportinq"in baş məşqçisi

00:53  "Qarabağ" uduzdu - Yenilənib

20.09.2018

10:37  "Real"ın rahat qələbəsi - VİDEO

19.09.2018

23:00  "Son ana qədər döyüşəcəyik" - Filip Ozobiç

19:47  "Qarabağ"la bağlı çox şey araşdırmalıyıq" "Sportinq"in baş məşqçisi

10:44  "İnter"in qələbəsi VİDEO

18.09.2018

18:16  "Qarabağ" yola düşür - Foto

13:59  4-cü turun oyun cədvəli - Birinci Divizion

13:48  5-ci turun oyun saatları açıqlandı - Premyer Liqamız

12:00  "Zirə" - "Neftçi" - başlanma saatı məlum oldu

17.09.2018

16.09.2018

00:52  "İnter" - "Parma" 0:1 VİDEO

00:51  "Bavariya" - "Bayer" 3:1 VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 3 2 1 0 4-1 7  
2. Neftçi 3 2 1 0 5-2 7  
3. Sabah 3 2 0 1 4-4 6  
4. Qəbələ 3 1 1 1 5-3 4  
5. Sumqayıt 4 1 1 2 5-5 4  
6. Səbail 3 1 0 2 2-6 3  
7. Zirə 2 0 1 1 2-4 1  
8. Keşlə 3 0 1 2 3-5 1  
26.08Keşlə 1-2Səbail
26.08Qarabağ 1-1Neftçi
25.08Zirə 0-2Sabah
25.08Qəbələ 1-1Sumqayıt
15.08Səbail -Zirə
15.08Sumqayıt -Qarabağ
16.08Sabah -Qəbələ
16.08Neftçi -Keşlə